
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi (73 kq) təbrik edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə rəsmi feysbuk hesabında paylaşım edib.
"Rəşid Məmmədəliyev (73 kq) Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanıb. Cüdoçumuzu bu nailiyyət münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram", - deyə Rəşad Nəbiyev vurğulayıb.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.