
Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib və sədrin vəzifədən azad edilməsi məsələsinə baxılıb.
Qərara əsasən, Qəzənfər Abdullayev vəzifəsindən azad edilib. Sədr vəzifəsinin icrası yeni təyinatadək sədr müavini Xatirə İbrahimliyə həvalə olunub.
Qeyd edək ki, Qəzənfər Abdullayev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı mandatından məhrum edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.