
Lionel Messi Argentina millisinin 2026-cı il dünya çempionatının finalında İspaniyaya məğlubiyyətinin səbəbini açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, argentinalı ulduz final görüşündən sonra komandanın qələbə üçün kifayət qədər gücünün qalmadığını bildirib.
Messinin sözlərinə görə, İngiltərə ilə yarımfinal qarşılaşması (2:1) komandanı həm fiziki, həm də emosional baxımdan ciddi şəkildə yorub.
"Bütün gücümüzü ortaya qoyduq. İngiltərə ilə oyun bizdən çox enerji aldı – həm fiziki, həm də emosional baxımdan. Düzünü desəm, turnirin sonuna yaxın artıq imkanlarımızın son həddində idik", - Messi deyib.
Qeyd edək ki, Messi avqustun 31-də Argentina millisində karyerasını başa vuracağını rəsmən açıqlamışdı. Futbolçu milli komandadan "ruhunda rahatlıq və yalnız xəyal edilə biləcək anlarla bağlı qürur hissi" ilə ayrıldığını bildirmişdi.
O, Argentina millisinin heyətində sonuncu oyunundan əvvəl də "bacardığı hər şeyi verdiyini və rahat şəkildə ayrıldığını" söyləmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.