
Bu gün jurnalistlərin Hövsan Yarış Kompleksinə mediaturu təşkil edilib.
BAKU.WS xəbər verir ki, mediatur zamanı AFFA-nın Baş Katibi Cahangir Fərəcullayevin müşaviri Ramazan Səmədov
kompleksin tikintisi, layihənin başlanma tarixi, əsas məqsədləri və görülən işlər barədə jurnalistləri məlumatlandırıb.
Daha sonra media nümayəndələri ilə kompleksin ərazisinə baxış keçirilib.
Baxış zamanı jurnalistlərə kompleksin infrastrukturu, meydançaların yerləşdirilməsi, mövcud imkanları və gələcək planlaşdırma ilə bağlı ətraflı məlumat verilib.
Mediaturda Ramazan Səmədov kompleks ərazisindəki jurnalistlərin əlavə suallarını da cavablandırıb.
Turun yekununda isə meydançalardan birində media nümayəndələr ilə brifinq keçiriləcək.
Zöhrə Pənahi
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.