Bu gün, 14:48 79

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Ölkəmizə gələn turistlərin sayındakı dəyişikliklər tez-tez diqqət mərkəzində olsa da, son rəsmi statistika başqa bir tendensiyanı da üzə çıxarıb: xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı da 5 faizdən çox azalıb.

Bu göstərici bir sıra suallar doğurur: Xaricə səyahətə maraq zəifləyib, yoxsa insanlar artan xərclər səbəbindən səfərlərini təxirə salırlar? Aviabiletlərin, yerləşmə və digər turizm xidmətlərinin bahalaşması bu statistikaya nə dərəcədə təsir göstərib?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Daha ehtiyatlı xərcləmə siyasəti

İqtisadçı-ekspert Elşən Bağırzadənin fikrincə, Azərbaycan vətəndaşlarının xaricə səfərlərinin azalmasını bir neçə iqtisadi amillə izah etmək olar:

"İlk növbədə, aviabiletlərin, hotel xidmətlərinin və ümumilikdə beynəlxalq turizm xidmətlərinin bahalaşması xarici səfərlərin ümumi dəyərini əhəmiyyətli dərəcədə artırıb. Bununla yanaşı, ölkədə iqtisadi artım tempinin nisbətən aşağı olması ev təsərrüfatlarının gəlirlərinin artım sürətinə və istehlak imkanlarına təsir göstərərək daha bahalı xərclərə münasibətdə ehtiyatlı davranışı gücləndirə bilər. Bu şəraitdə insanlar böyük məbləğ tələb edən və təxirə salına bilən xərcləri, o cümlədən xarici turizm xərclərini azaltmağa meyilli olurlar. Digər tərəfdən, bəzi vətəndaşların xaricdə istirahət əvəzinə ölkədaxili turizmə üstünlük verməsi də bu göstəriciyə təsir edir".

Ekspert xaricə gedənlərin sayındakı azalmada aviabiletlərin və turizm xidmətlərinin qiymət artımını ən mühüm amillərdən hesab edir:

"Lakin onu yeganə və ya həlledici səbəb kimi qiymətləndirmək düzgün olmaz. Turizmə tələbat qiymət dəyişikliklərinə kifayət qədər həssasdır. Xarici səfərlərin ümumi dəyəri artdıqca, xüsusilə orta gəlirli ailələr səyahətlərini təxirə sala, müddətini qısalda və ya daha ucuz istiqamətlərə üstünlük verə bilərlər. Bununla yanaşı, ölkədaxili iqtisadi artımın tempi, əhalinin gəlirlərinin dinamikası, istehlak davranışı və ümumi iqtisadi qeyri-müəyyənlik də insanların səyahət qərarlarına təsir göstərən amillərdir".

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

"İnsanlar daha çox yaxın, büdcəyə uyğun istiqamətləri seçirlər"

"2026-cı ilin ilk aylarında həm gələn, həm də gedən turistlərdə həqiqətən də azalma müşahidə olunur", - deyə turizmçi Əfsun Əhmədov bildirir:

"Bunu Dövlət Statistika Komitəsinin məlumatları da təsdiq edir. Xaricə səyahətlərdə azalma var və insanlar daha çox yaxın, büdcəyə uyğun istiqamətləri seçirlər".

Ekspert məlumat üçün qeyd edir ki, keçən il ilə müqayisədə 2026-cı ilin yanvar-may aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 6.3% azalaraq 756.6 min nəfər olub. Yəni ilin əvvəlindən etibarən xaricə səyahətə tələbat həqiqətən azalıb:

"Səbəb regiondakı geosiyasi vəziyyət, bəzi ölkələrin müharibə şəraitində olması, viza prosedurlarının çətinləşdirilməsi və imtina hallarının çoxalması, habelə qiymətlərin artması (aviabilet, hotel və s.) ilə bağlıdır. Lakin keçən il ilə müqayisədə bu ilin yanvar-aprel aylarında Türkiyə və Gürcüstana səfərlər artıb. Bunun əsas səbəbi Türkiyə və Gürcüstanın həm yaxın, həm də büdcə baxımından daha əlçatan olmalarıdır. Bundan başqa, qatarla səfərlərin bərpası Gürcüstan istiqamətinə gedən yerli turistlərin sayının artmasına böyük təkan verib".

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Turizm şirkətləri azalmanı praktiki olaraq müşahidə edir

Turizmçi Əziz Şiriyevin sözlərinə görə, turizm şirkətləri bu azalmanı praktiki olaraq müşahidə edir:

"Daha çox Türkiyə istiqamətinə - Antalya, Bodrum, Marmarıs, Quşadası, İzmir istiqamətinə paketlər satılırdı. Amma son dönəmlərdə Türkiyə daha çox gəlir qazanmağa - kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməyə başladı. Onlar "az adam, daha çox qazanmaq" prinsipi ilə işləməyə keçdilər. Həmçinin digər turizm növlərinə daha çox şərait yaratdılar. Məsələn, onların sağlamlıq turizmindən qazancları standart turizmdən gələn gəlirdən daha çoxdur".

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

"Keçən il 2000 dollar olan tur hazırda 4000-4500 dollar civarındadır"

Turizmçi bildirir ki, hazırda vətəndaşlarımızdan yalnız yaxşı maddi imkanı olanlar səyahətə gedirlər: "Maddi imkanı olmayanlar da ən azı Antalya istiqamətinə səfər edirlər. Antalya turları hazırda Türkiyədə nisbətən ucuzdur. Amma Antalya qiymətlərini də keçən illə müqayisə edəndə görürük ki, kifayət qədər artım var. Məsələn, keçən il 2 min dollar olan tur hazırda 4 000-4 500 dollar civarındadır. Vətəndaşlar da artıq bu pulu vermək istəmirlər. Onlar daha ucuz istiqamətləri seçirlər. Bu siyahıda da Şarm əl Şeyx üstünlük təşkil edir".

Turizmçi azalmada aviabiletlərin qiymətinin baha olmasını da əsas səbəb kimi qeyd edir:

"Bildiyiniz kimi, quru sərhədlər bağlıdır. Turistlərin paketinin 70 faizini aviabiletlərin qiyməti təşkil edir. Bu da baha olduğundan insanlar səyahət etmək istəmirlər".

Turizmçi qeyd edir ki, regionlarımızdakı hava limanlarını inkişaf etdirmək lazımdır:

"Ölkəmizdə doqquz hava limanı var: ikisi Bakıda, yeddisi regionlarda. Elə etmək lazımdır ki, regionlardakı insanlar əlavə xərc çəkərək gəlib Bakıdan uçuş etməsinlər. Həm də regionlarla Bakıdakı qiymət fərqi elə tənzimlənməlidir ki, oradan uçmaq daha sərfəli olsun. Bu, həmçinin regionların iqtisadiyyatına da töhfə vermiş olar. Bundan əlavə, aşağı büdcəli hava yolları ilə əməkdaşlıq genişləndirilməlidir". Ekspert xaricə səyahətin azalmasını insanların qənaətcilliyi ilə də əlaqələndirir: "Artıq insanlar bir az ehtiyat da saxlayırlar: "Bu gün bunu xərcləsək, sabah nə edərik?" qorxusu insanları ehtiyatlı davranmağa sövq edir. Buna görə də vətəndaşlarımız daha çox öz regionlarımızda təbiətin qoynunda dincəlməyə üstünlük verirlər və qənaət etmək haqda düşünürlər".

Paylaş

Xəbər lenti

Stiven Siqal dördüncü həyat yoldaşından ayrılıb Bu gün, 15:48 ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama Bu gün, 15:48 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı Bu gün, 14:48 Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar Bu gün, 14:48 Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi Bu gün, 13:48 "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək Bu gün, 13:48 İrəvanda atışma: İki nəfər yaralanıb Bu gün, 13:48 29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı Bu gün, 13:48 Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur? Bu gün, 12:48 Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var Bu gün, 12:48 Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub Bu gün, 12:48 Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub Bu gün, 12:48 Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb Bu gün, 12:48 Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Bu gün, 12:48 "Yandex"in data mərkəzinə növbəti PUA hücumu - Xidmətlər dayandı Bu gün, 11:48 25 yaşlı azərbaycanlı Polşada vəfat etdi Bu gün, 11:48 Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı Bu gün, 11:48 Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb Bu gün, 11:48 ABŞ Rusiyaya atəşkəs üçün 3 iqtisadi təklif irəli sürüb - DETALLAR Bu gün, 10:48 Gəncədə səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu Bu gün, 10:48 Dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib Bu gün, 10:48 Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib Bu gün, 10:48 Azərbaycanda gənc futbolçu VƏFAT ETDİ Bu gün, 09:48 Ər-Riyad hava limanına hücum: 12 ölü, 309 yaralı Bu gün, 09:48 Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün VII tura yekun vurulacaq Bu gün, 09:48 Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir Bu gün, 09:48 Zooparkda pələng kişini diri-diri yedi Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür Bu gün, 00:48 Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik Dünən, 23:48 Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal Dünən, 23:48 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi Dünən, 23:48 Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb Dünən, 23:48 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib Dünən, 23:48 Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb Dünən, 23:48 Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu Dünən, 23:48 "Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub Dünən, 22:48 İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi Dünən, 22:48 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib Dünən, 22:48 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb Dünən, 22:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib Dünən, 21:48 "Artıq "ana" yox, "hamilə valideyn" deməliyik!" – Tramp Dünən, 21:48 FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib Dünən, 21:48 Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim" Dünən, 20:48 Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır Dünən, 20:48 Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək Dünən, 20:48 Goranboyda qəza olub, xəsarət alanlar var Dünən, 20:48 Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR