Bu gün, 15:48 84

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib

Oktyabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.

Nazirliyin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və Nazirliyin məsul vəzifəli şəxsləri, FHN yanında İctimai şuranın üzvləri, FHN Akademiyasının müəllim və professor heyəti, kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı təntənəli surətdə meydana gətirilib. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib.

Nazir təhsilin ölkənin uğurlu inkişafının, iqtisadi tərəqqisinin və gələcəyinin əsasını təşkil etdiyini vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənc nəslin təhsilinə və onların layiqli vətəndaş kimi yetişməsinə xüsusi diqqət yetirdiyini bildirib. K.Heydərov Ulu Öndərin mütərəqqi siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının əhəmiyyətindən söz açıb, dövlət başçısı tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin yüksək ixtisaslı və peşəkar kadr potensialının formalaşdırılmasına əvəzsiz töhfələr verdiyini qeyd edib.

Nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğulayıb, görülən kompleks tədbirlər sayəsində ölkədə təhsilin dünya standartları səviyyəsinə qalxdığını, bu xoşməramlı missiyanın millətin işıqlı sabahına xidmət etdiyini bildirib.

Kəmaləddin Heydərov dövlət başçısının diqqət və qayğısı sayəsində Akademiyanın qısa müddətdə müasir maddi-texniki bazaya, peşəkar kadr potensialına və geniş beynəlxalq əlaqələrə malik ali təhsil müəssisəsinə çevrildiyini qeyd edib, yüksək ixtisaslı kadr hazırlığı sahəsində görülən işlərdən və aktual məsələlərə dair həyata keçirilən beynəlxalq layihələrdən danışıb. Nazir çıxışının sonunda Akademiyaya yeni qəbul olunmuş kursantlara və təhsilini uğurla başa vuraraq zabit rütbəsi ilə Nazirlik sistemində xidmətə başlayacaq məzunlara ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin etibarlı təmin edilməsi, maddi və mədəni sərvətlərin qorunması kimi şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb.

Sonra çıxış edən valideyn İntiqam Abdullayev məzun və kursantları valideynlər adından təbrik edərək uğurlar arzulayıb, Akademiyada yaradılmış yüksək səviyyəli şəraitə görə təşəkkür edib.

Daha sonra mərasim Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə "leytenant" hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib. Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Cavid Talıbov Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini "Yaş kötüyü"nə vuraraq məzun yoldaşları adından and içib. Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.

Paylaş

Xəbər lenti

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb Bu gün, 17:48 Balakəndə qanunsuz gətirilən külli miqdarda dərman vasitələri aşkarlanıb Bu gün, 17:48 QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir Bu gün, 17:48 Hülya Avşardan Erkan Petekkayaya CAVAB: "Kədərlənmə, çox əyləndim" Bu gün, 17:48 Azərbaycan XİN vətəndaşları bir daha Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb Bu gün, 17:48 Sadır Japarov sabah Azərbaycana səfər edəcək Bu gün, 17:48 Rusiyalı psixoterapevt Ukraynada anasının və qızının yanında dəfn olundu Bu gün, 17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək Bu gün, 17:48 Bakıda bu tibb müəssisələri TƏMİR OLUNACAQ Bu gün, 16:49 80 yaşlı Ajda Pekkan: "Kamera qarşısına keçəndə hələ də həyəcanlanıram" Bu gün, 16:49 FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb Bu gün, 16:49 İslam Maxaçevin növbəti rəqibi bəlli oldu Bu gün, 16:49 Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - RƏSMİ Bu gün, 16:49 Arzu Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Bu gün, 16:48 İlin sonuna qədər ən uğurlu günlər - Vacib işləri BU TARİXLƏRƏ sala bilərsiz Bu gün, 16:48 Zaqatalada böcəklər evlərə kütləvi hücum edib Bu gün, 16:48 Arvadını öldürən şəxs mirasdan məhrum edildi Bu gün, 16:48 Seyfəddin Qəndilovun oğlu vəfat etdi Bu gün, 15:48 Qlobal səviyyədə ərzaq qiymətlərinin artmasının bir səbəbi də bu imiş... Bu gün, 15:48 "Sabah"ın ÇL-dəki rəqibi baş məşqçisi ilə müqaviləni uzatdı Bu gün, 15:48 Xalq artisti: "Məktəbli məhz məktəbli formasında olmalıdır" Bu gün, 15:48 FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib Bu gün, 15:48 Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib Bu gün, 15:48 Ağıllı saatlarla yatmaq təhlükəlidirmi? - Həkimdən XƏBƏRDARLIQ Bu gün, 14:48 İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib Bu gün, 14:48 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi Bu gün, 14:48 Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və iki sənəd mübadilə edilib Bu gün, 14:48 Laos Prezidenti Zəfər parkını ziyarət edib Bu gün, 14:48 Bu meyvə ekstraktı prostat xərçənginin qarşısını ala bilir Bu gün, 14:48 Bakıda məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb Bu gün, 14:48 İrandan Azərbaycana 124 kiloqramdan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb Bu gün, 14:48 XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? Bu gün, 14:48 Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib Bu gün, 14:48 Bu ölkədə xalq birlik olub, kimsəsiz qıza təmtəraqlı toy etdi Bu gün, 14:48 Yusif Axundov və Şaban Cəərçiyevə yüksək vəzifə verildi Bu gün, 13:49 AFFA "Neftçi" klubunu cərimələdi - MƏBLƏĞ Bu gün, 13:48 İstanbulda metroda kiçik partlayışlar oldu - Vətəndaşlar təxliyə edildi Bu gün, 13:48 İspaniyada sürət qatarında yanğın: 300 sərnişin təxliyə edildi Bu gün, 13:48 İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir? Bu gün, 13:48 Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü... Bu gün, 13:48 Türkiyədən Moskvaya uçan üç sərnişin təyyarəsi geri döndü - SƏBƏB... Bu gün, 13:48 İdman zalından çıxan Cennifer Lopez paparazzilərin obyektivində... Bu gün, 13:48 Qusarda qonşusunu telefonla çəkən qadını döyən şəxsə 260 saat cəza verildi Bu gün, 13:48 Təyyarədə taxtabiti aşkarlanıb - reys LƏĞV EDİLDİ Bu gün, 13:48 Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Bu gün, 12:48 Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir Bu gün, 12:48 Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR