
Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ünvana təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki məktəbliyə yerində yardım olunub.
Qeyd edək ki, ilkin məlumata əsaən, məktəb binasının içərisinə pəncərədən daş atılıb.
Əməli törədən şəxslər saxlanılıb.
***12:00
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb.
Əməli törədən şəxslər saxlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.