
Zaqatalada böcəklər evlərə və təsərrüfatlara kütləvi hücum edib.
AVESTA.AZ-in məlumatına görə, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.
Sakinlər hadisə ilə bağlı öz narahatlıqlarını dilə gətiriblər. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AVESTA.AZ-ə bildirildi ki, söhbət qəhvəyi mərmər bağacığından gedir.
Ərazidə zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilir, əhali arasında maarifləndirmə işləri aparılır.
Sözügedən videonu təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.