Bu gün, 00:48 92

Soyuq havada başınızı çiyinlərinizə çəkirsinizsə, diqqətli olun!

Soyuq havada başı çiyinlərin arasına çəkmək və bədəni bükərək gəzmək boyun əzələlərində gərginliyə, kürəkdə ağırlıq hissinə və baş ağrılarına səbəb ola bilər.

AVESTA.AZ xəbər verir ki, bu barədə travmatoloq-ortoped, fiziki reabilitasiya və müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis Karina Semyonova Life.ru-ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, soyuq və güclü külək zamanı insan qeyri-ixtiyari olaraq başını çiyinlərinə doğru çəkir, çiyinlərini qaldırır və belini bükür. Bu, bədənin soyuqdan qorunmaq üçün verdiyi təbii reaksiyadır.

Lakin belə vəziyyətdə uzun müddət qalmaq boyun və çiyin qurşağının əzələlərinin həddindən artıq yüklənməsinə səbəb ola bilər. Nəticədə hərəkət məhdudluğu, ağırlıq və ağrı hissi yaranır. Gərginlik tipli baş ağrılarına meyilli insanlarda isə əzələ gərginliyi ağrı tutmalarını tətikləyə bilər.

Payız aylarında ağrıların artmasına səbəb olan digər amil fiziki aktivliyin azalmasıdır. İnsanlar hava şəraiti pisləşdikcə piyada gəzmək əvəzinə avtomobilə, taksiyə və ya evdə qalmağa üstünlük verirlər.

Xüsusilə iş gününü kompüter qarşısında keçirən insanlarda bu vəziyyət daha çox özünü göstərir.

Həkim qeyd edib ki, pis hava şəraitində daha az gəzmək təbii olsa da, əzələlərin müntəzəm fiziki hərəkətə ehtiyacı var. Hərəkətsizlik boyun və çiyin əzələlərinin uzun müddət eyni vəziyyətdə qalmağa dözümlülüyünü azalda bilər.

Mütəxəssis narahatlığı azaltmaq üçün bir neçə tövsiyə verib:

- Boyun və sinə nahiyəsini soyuq küləkdən qoruyun.

- Kompüter qarşısında işləyərkən müntəzəm fasilələr verin və ayağa qalxaraq hərəkət edin.

- İş yerinizi düzgün qurun, ekranın hündürlüyünə və oturuş vəziyyətinizə diqqət yetirin.

- Evdə sadə hərəkətlər və yüngül məşqlər edin.

- Qrup şəklində məşq etməyi sevənlər rəqs dərslərini də seçə bilərlər.

Həkimin sözlərinə görə, əks göstərişlər olmadığı halda masaj gərgin əzələlərin rahatlamasına kömək edə bilər. Lakin o, müntəzəm fiziki aktivliyi əvəz etmir.

"İsti və rahat geyim dəbli görünüşdən daha vacibdir", - deyə Semyonova vurğulayıb.

Qeyd edək ki, soyuq havada boyun və kürək nahiyəsində yaranan ağrılar hər zaman eyni səbəblə bağlı olmur. Ağrılar güclüdürsə, davam edirsə və ya keyimə, qollarda zəiflik kimi əlamətlərlə müşayiət olunursa, həkimə müraciət etmək tövsiyə edilir.

Paylaş

Xəbər lenti

Nigar Camal: "Elə bilirsiniz ki, bunu edəndə Allah sizi sevəcək?" Bu gün, 01:48 Məleykə Əsədovadan İranda vəfat edən bacısı qızı ilə bağlı paylaşım Bu gün, 00:48 Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər Bu gün, 00:48 Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir Bu gün, 00:48 Soyuq havada başınızı çiyinlərinizə çəkirsinizsə, diqqətli olun! Bu gün, 00:48 Hollivud aktyoru qadınlara təcavüzdə ittiham edilir Dünən, 23:48 Rəqsanə İsmayılova: "Bu gün həmin Xalq artistləri mənim fanatlarımdır" Dünən, 23:48 Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama Dünən, 23:48 Murat Bozla Demet Özdemirin xilas edilmə anları Dünən, 23:48 Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı Dünən, 23:48 Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub? Dünən, 22:48 ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb Dünən, 22:48 AAYDA İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib Dünən, 22:48 Amina: "Hər bir dində müəyyən dərəcədə narsizm var" Dünən, 22:48 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir Dünən, 21:49 Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:49 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb Dünən, 21:48 İdmanı dayandıranda əzələlər piyə çevrilir? - Professor açıqladı Dünən, 21:48 Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib Dünən, 21:48 Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb Dünən, 21:48 Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb Dünən, 21:48 Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar? Dünən, 20:49 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib Dünən, 20:48 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi Dünən, 20:48 Azərbaycan bu ölkələrə milyonlarla yumurta satır - SİYAHI Dünən, 20:48 SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib Dünən, 20:48 Nazirlər Kabinetindən "Azərişıq" və "Azərenerji" ödənişləri ilə bağlı YENİ QƏRAR Dünən, 19:48 Deputat: "AQEM-ə sədrliyin uzadılması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir" Dünən, 19:48 İpoteka ilə alınan ev sahibinin vəfatından sonra kredit borcu kimə qalır? Dünən, 19:48 "ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi müzakirə edilib Dünən, 19:48 Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK - Yeni ilə qədər... Dünən, 18:48 Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib Dünən, 18:48 Fyodor Şukin Dağıstanın rəhbəri seçilib Dünən, 18:48 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb Dünən, 18:48 Kənd yumurtası BAHALAŞIB - Qiymət artımının səbəbləri açıqlandı Dünən, 18:48 Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb Dünən, 18:48 İstanbulda seldə ölənlərin sayı 3-ə çatdı Dünən, 17:48 Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb Dünən, 17:48 Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı Dünən, 17:48 52 yaşında üçüncü dəfə ana olacaq Dünən, 17:48 Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədib, həbs edilib Dünən, 17:48 Azərbaycanda ölən gənc əsgər evin tək oğlu imiş - Təfərrüat Dünən, 17:48 Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub Dünən, 17:48 Bu geyiminə görə 62 yaşlı Bred Pitti tənqid etdilər Dünən, 17:48 Bakıda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək Dünən, 17:48 Lalə Məmmədova bu akademiyada tərcüməçi işləyir Dünən, 16:48 Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər Dünən, 16:48 İrandan Azərbaycana 16 kq narkotikin keçirilməsinin qarşısı alınıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR