
"Mən gəldim və bu janrı partlatdım. Bu gün oxuyan qızların hamısı mənim oxuduğum janrdan başlayırlar".
AVESTA.AZ xəbər verir ki, bu sözləri aparıcı İbrahim Azərinin Space TV-də yayımlanan "İbo Şou" verilişinə qatılan müğənni Rəqsanə İsmayılova deyib.
O bildirib ki, bir vaxtlar onun ifasını "bozbaş" adlandıran Xalq artistləri indi onun ifalarını oxuyur:
"Bu gün toylarda sizin dediyiniz Xalq artistlərinin demək olar ki, əksəriyyəti mənim mahnılarımı oxuyur. Yəni mənim repertuarım, mənim mahnılarım onlara toy bazarında yol açdı. Amma əvvəllər məni qəbul etmirdilər. Deyirdilər ki, "Bu nədir? Bozbaş mahnısıdır". Ancaq bu gün həmin Xalq artistləri artıq mənim fanatlarımdır".
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.