Bu gün, 17:48 54

Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək

Dövlət Müəssisələri üzrə Qlobal Konfransın növbəti toplantısının gələn il Bakıda keçirilməsi nəzərdə tutulur.

BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu məsələ Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun Tailandın paytaxtı Banqkokda keçirilən İllik Toplantıları çərçivəsində razılaşdırılıb.

Nazirin I müavini Anar Kərimov ötən gün IMF-də Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun iclasında iştirak edib. Azərbaycan Mərkəzi Bankının sədri, Dünya Bankının ölkəmiz üzrə rəhbəri Taleh Kazımovun da iştirak etdiyi iclasda qlobal iqtisadiyyat və maliyyə bazarlarının mövcud vəziyyəti, eləcə də inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun azaldılması və iqtisadi inkişafın dəstəklənməsi istiqamətində IMF və Dünya Bankı Qrupunun həyata keçirdiyi tədbirlər müzakirə olunub.

Bu gün isə A.Kərimov IMF və Dünya Bankı Qrupunun İllik Toplantılarının plenar iclasında iştirak edib. Üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin, mərkəzi banklar və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirak etdiyi iclasda IMF-in Sərəncamçı direktoru Kristalina Georgiyeva və Dünya Bankı Qrupunun Prezidenti Ajay Banqa dünya iqtisadiyyatının mövcud vəziyyəti, eləcə də qlobal iqtisadi inkişaf perspektivləri və əsas çağırışlar barədə çıxış ediblər. Çıxışlarda qlobal dövlət borcunun artması, xüsusilə inkişaf etməkdə olan ölkələrdə borc dayanıqlığının təmin edilməsi məsələlərinə də toxunulub.

Bu gün A.Kərimov IMF-nin Sərəncamçı direktorunun müavini Bo Li ilə də görüşüb. Görüşdə Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti və inkişaf perspektivləri, əsas makroiqtisadi göstəricilərin dinamikası, eləcə də IMF ilə əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri müzakirə olunub.

A.Kərimov ölkəmizdə makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması, qeyri-neft sektorunun inkişafı, büdcə gəlirlərinin şaxələndirilməsi, nəticəəsaslı büdcə mexanizminin tətbiqi və fiskal risklərin monitorinqinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatları diqqətə çatdırıb.

Nazirin I müavini dövlət maliyyəsinin idarə edilməsi, ortamüddətli büdcə planlaşdırılması, fiskal qaydaların tətbiqi və institusional potensialın gücləndirilməsi sahələrində IMF ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu istiqamətlərdə islahatların davam etdirilməsi üçün IMF-nin texniki yardımının genişləndirilməsinin vacibliyini qeyd edib.

Öz növbəsində, Bo Li qlobal iqtisadi artım tempinin zəifləməsi və beynəlxalq iqtisadi mühitdə mövcud olan risklərin ölkələrin inkişaf perspektivlərinə təsiri barədə fikirlərini bölüşüb. O, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft gəlirlərinin artırılması və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində əldə olunan nəticələri müsbət qiymətləndirib və IMF-nin bu sahələrdə ölkəmizə dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşündə isə Bankla mövcud əməkdaşlıq və onun inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın inkişaf prioritetlərinə və islahat gündəliyinə Dünya Bankının göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilib, uzunmüddətli tərəfdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafına və institusional potensialının gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.

A.Kərimov Azərbaycanda dövlət müəssisələrinin monitorinqi və onların maliyyə hesabatlarının təhlili sahəsində həyata keçirilmiş islahatlar barədə məlumat verərək, bu istiqamətdə Dünya Bankının göstərdiyi texniki dəstəyi yüksək qiymətləndirib. Görüşdə, həmçinin dövlət müəssisələrinin monitorinqinə məsul qurumların iştirakı ilə keçirilən Dövlət Müəssisələri üzrə Qlobal Konfransın növbəti toplantısının 2027-ci ildə Bakı şəhərində təşkil edilməsinə dair Dünya Bankı ilə ilkin razılığın əldə edildiyi və bu məqsədlə hazırlıq tədbirlərinin görüldüyü bildirilib.

Səfər çərçivəsində "Bank of America"nın nümayəndələri ilə keçirilən görüşdə isə Azərbaycanın beynəlxalq kapital bazarlarına çıxış imkanları, suveren maliyyələşmə alətlərinin şaxələndirilməsi və iri infrastruktur layihələrinin maliyyələşdirilməsi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər beynəlxalq maliyyə bazarlarının təqdim etdiyi imkanlardan səmərəli istifadə və ölkəmizin investisiya cəlbediciliyinin artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Daha sonra IMF-də Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun icraçı direktoru Patrik Loşevski ilə görüşdə Azərbaycan ilə IMF arasında əməkdaşlığın əsas istiqamətləri, IV Maddə üzrə məsləhətləşmələr çərçivəsində qarşılıqlı fəaliyyət və ölkəmizin makroiqtisadi prioritetləri müzakirə olunub. Tərəflər ölkəmizin Seçki Qrupunda təmsilçiliyinin gücləndirilməsi və bu çərçivədə koordinasiyanın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan nümayəndə heyəti "Moody"s" beynəlxalq reytinq agentliyinin nümayəndələri ilə də görüşüb. Görüşdə Azərbaycanın suveren kredit profili, beynəlxalq maliyyə bazarlarındakı mövqeyi və investor etimadının gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

A.Kərimov Azərbaycanın suveren kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsinin ölkənin makroiqtisadi sabitliyinin, güclü fiskal mövqeyinin və xarici dayanıqlığının beynəlxalq səviyyədə qiymətləndirilməsinin mühüm göstəricisi olduğunu bildirib. O, "Moody"s" beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqini "Ba1"dən "Baa3" səviyyəsinə yüksəltməsini və reytinq üzrə "müsbət" proqnozu saxlamasını həyata keçirilən iqtisadi islahatların nəticələrinin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.

Bundan əlavə, Fransanın "Societe Generale" bank qrupu ilə keçirilən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər ölkəmizdə investisiya layihələrinin maliyyələşdirilməsi, özəl sektorun maliyyə imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsal maliyyə həlləri və dayanıqlı maliyyələşdirmə sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Paylaş

Xəbər lenti

Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi" Bu gün, 17:48 Deputatdan hərbi canilərlə bağlı çağırış: Effektiv mexanizmlər yaradılması təklifi Bu gün, 17:48 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb Bu gün, 17:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı Bu gün, 17:48 İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? Bu gün, 17:48 Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb Bu gün, 17:48 Minatəmizləyənlərin yaxınlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri azaldılıb Bu gün, 17:48 Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb Bu gün, 17:48 Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb Bu gün, 17:48 Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək Bu gün, 17:48 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı Bu gün, 17:48 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda Bu gün, 16:48 Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır" Bu gün, 16:48 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi Bu gün, 16:48 Heydər Əliyev Beynəlxalq Aeroportu uçuş cədvəlini dəyişir Bu gün, 16:48 Qəbir daşlarında texnoloji yenilik - İslam nə deyir? Bu gün, 16:48 Cəbrayılda ADSEA-nın tabeli qurumunun yeni inzibati binasının açılışı olub Bu gün, 16:48 FIFA Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının rəsmi brendini təqdim edib Bu gün, 16:48 UFC-dən gözlənilməz qərar: Məğlubiyyətsiz döyüşçü niyə qovulub? Bu gün, 16:48 Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi Bu gün, 16:48 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi Bu gün, 15:49 Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb Bu gün, 15:48 Əli Həsənova yeni vəzifə verilir Bu gün, 15:48 Nevroloq Parkinson xəstəliyinin ilkin əlamətlərini açıqladı Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi Bu gün, 15:48 Naxçıvana qatarla getmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR Bu gün, 15:48 Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edib Bu gün, 15:48 OpenAI-nin süni intellekt agenti başqasının kriptovalyuta cüzdanından vəsait xərcləyib Bu gün, 15:48 Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır Bu gün, 14:48 "20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır Bu gün, 14:48 AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb Bu gün, 14:48 İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Ceyhun Bayramov AQEM-in Baş katibi ilə təşkilatın VII Sammitinin nəticələrini müzakirə edib Bu gün, 14:48 Bakıda bu rayonda 30 bina SÖKÜLƏCƏK - KÜÇƏLƏRİN ADLARI Bu gün, 14:48 Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək Bu gün, 14:48 İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 13:48 Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub Bu gün, 13:48 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib Bu gün, 13:48 İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 13:48 Kürdəmirdə AĞIR QƏZA: Ölən və yaralanan var Bu gün, 13:48 Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib Bu gün, 13:48 Kosmosda yadplanetli həyatın izlərini aşkarlayan yeni test hazırlanıb Bu gün, 13:48 Küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə I oxunuşda qəbul edilib Bu gün, 13:48 Meksikada "beyin yeyən amöb" aşkarlanıb: Altı süni göl bağlandı Bu gün, 13:48 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu Bu gün, 13:48 Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb Bu gün, 13:48 Azərbaycanda nikah və boşanmaların sayı azalıb Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR