
Bakıda fəaliyyət göstərən "Çıraq" şadlıq sarayında müştərilərə iylənmiş ətdən hazırlanmış yeməklərin təqdim edildiyi iddia olunur.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Bildirilib ki, iylənmiş ətdən hazırlanmış yemək qonaqların narazılığına səbəb olub və etirazlardan sonra masa üstündən yığışdırılıb.
İddia ilə bağlı hələlik ətraflı məlumat yoxdur. Hadisə ilə əlaqədar AQTA-ya sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.