
ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən kütləvi etirazlara münasibət bildirib və ölkə hakimiyyətini sərhədləri bağlamağa çağırıb.
AVESTA.AZ xəbər verir ki, Tramp "Truth Social" platformasındakı paylaşımında Fransadakı vəziyyəti miqrasiya siyasəti ilə əlaqələndirib. O, ölkənin gec olmadan sərhədlərini bağlamalı və vəziyyətə nəzarəti bərpa etməli olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etirazlar keçirilib.
Aksiya təşkilatçılarının məlumatına görə, nümayişlərdə 800 min, Fransa Daxili İşlər Nazirliyinin hesablamalarına əsasən isə 550 min nəfər iştirak edib. Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə qarşıdurmalara çevrilib. Ölkə üzrə 1 800 nəfərin saxlanıldığı bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.