Bu gün, 11:48 88

Peruda gözəllik kraliçasının cəsədi tapıldı: Anestezioloq həbs edildi

Peruda 35 yaşlı anestezioloq-həkim Xunior Conatan Rodriges Arista 24 yaşlı sevgilisi Şarol Abiqaill Kortes Krusu qətlə yetirməkdə şübhəli bilinərək doqquz ay müddətinə həbs edilib. Tibb bacısı kimi çalışan gənc qadın, həmçinin 2024-cü ildə regional "Miss Carnaval Utcubamba" gözəllik müsabiqəsinin qalibi olmuşdu.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, gənc qadının cansız bədəni oktyabrın 4-də Baqua-Qrande şəhərində sevgilisi ilə birlikdə yaşadıqları mənzildə aşkarlanıb. Həkim özü hüquq-mühafizə orqanlarına müraciət edərək, sevgilisini evdə ölü tapdığını bildirib.

O, ilk ifadəsində qadının intihar edə biləcəyini iddia etsə də, mərhumun ailə üzvləri bu ehtimalı qəti şəkildə rədd edərək dəqiq araşdırma aparılmasını tələb ediblər.

Nəşrin məlumatına görə, polis hadisə yerinə baxış keçirərkən fentanil, midazolam və propofol kimi güclü təsirə malik dərman vasitələri tapıb. Qızın ailəsi hesab edir ki, şübhəli şəxs peşəsindən istifadə edərək bu preparatları asanlıqla əldə edə bilib. Bununla belə, ilkin tibbi ekspertiza ölümün dəqiq səbəbini müəyyənləşdirə bilməyib.

Mərhumun yaxınlarının sözlərinə görə, cütlüyün münasibətləri dövründə qız həm fiziki, həm də psixoloji təzyiqlərə məruz qalıb. Bacısının bildirdiyinə görə, faciədən bir müddət əvvəl Şarolun bədənində göyərmələr, dişləmə izləri və qeyri-adi yuxululuq halları müşahidə olunub.

Hazırda istintaq bu iddiaları, eləcə də müşahidə kameralarının qeydlərini, telefon məlumatlarını və ekspertiza rəylərini yoxlayır. Oktyabrın 13-də məhkəmə prokurorluğun vəsatətini təmin edərək, şübhəli şəxs barəsində doqquz aylıq həbs qətimkan tədbiri seçib. Təqsirləndirilən həkimin vəkili bu qərardan şikayət verəcəyini açıqlayıb.

Peruda gözəllik kraliçasının cəsədi tapıldı: Anestezioloq həbs edildi

Paylaş

Xəbər lenti

Məktəb direktorunun maşınının qəsdən yandırılması ilə bağlı bir nəfər də həbs olundu Bu gün, 12:48 Qasım Bayramova Naxçıvanda vəzifə verildi Bu gün, 12:48 Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu Bu gün, 12:48 Koutinyo "Liverpul"dan ayrılmağı karyerasının ən böyük səhvi hesab edir: Klopp ona nə deyib? Bu gün, 12:48 Rusiyada hava limanında 31 kiloqram radioaktiv göbələk aşkarlandı Bu gün, 12:48 Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb Bu gün, 12:48 Sabah rayonlara yağış yağacaq - Proqnoz Bu gün, 12:48 Peruda gözəllik kraliçasının cəsədi tapıldı: Anestezioloq həbs edildi Bu gün, 11:48 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə Bu gün, 11:48 Azərbaycanlı blogerin atasının beyninə qan sızıb - "Təcili yardım deyir biz o əraziyə baxmırıq" Bu gün, 11:48 Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib Bu gün, 11:48 "Çıraq" şadlıq sarayı ilə bağlı İDDİA: Müştərilərə iylənmiş ətdən yemək verilib? Bu gün, 11:48 Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış Bu gün, 11:48 Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ? Bu gün, 11:48 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - SƏRƏNCAM Bu gün, 11:48 Anar Bayramov səhiyyə naziri təyin edilib Bu gün, 11:48 Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib Bu gün, 11:48 Prezidentin yeni səhiyyə naziri təyin etdiyi Anar Bayramov kimdir? - DOSYE Bu gün, 11:48 Baş nazirin müavini təyin edilən Teymur Musayevin DOSYESİ Bu gün, 11:48 ATPF Qazaxıstanda keçirilən World Tennis Baş Assambleyasında təmsil olunub Bu gün, 11:48 Küləkli hava ilə bağlı sürücülərə VACİB MÜRACİƏT Bu gün, 10:51 Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə Bu gün, 10:50 Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi Bu gün, 10:50 Azərbaycanda kimlərin maaşının artracağı məlum oldu Bu gün, 10:49 Fransalı nazir istefa ərizəsini yazdı Bu gün, 10:49 Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb Bu gün, 10:49 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 23 milyon dolları keçib Bu gün, 10:48 Fransada etirazlardan sonra bəzi aksiyaların qadağan edilməsi gündəmə gəlib Bu gün, 10:48 "Neftçi" Azərbaycan çempionatlarında səfərdə 700-cü qolunu "Qarabağ"a vurub Bu gün, 10:48 Vəzifəli şəxsin bıçaqlandığı xəstəxanaya baş həkim təyin edildi Bu gün, 10:48 Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət Bu gün, 09:48 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? Bu gün, 09:48 Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək Bu gün, 09:48 FHN: Ötən həftə 149 yanğına çıxış olub, 4 nəfərin meyiti tapılıb Bu gün, 09:48 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub Bu gün, 09:48 Gəncədə bıçaqlanan teatr mühafizəçisinin son vəziyyəti açıqlandı Bu gün, 09:48 Bakının bu rayonunda iki gün SU OLMAYACAQ Bu gün, 08:48 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi Bu gün, 08:48 Bank əməliyyatlarında yeni ödəniş: Vətəndaşı nə gözləyir? Bu gün, 08:48 Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Plastik tullantılardan peçenye hazırlanır? Bu gün, 08:48 Paytaxtda 15 yolda tıxac var Bu gün, 08:48 Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? Bu gün, 08:48 Hər şeyi əvvəlcədən planlaşdıran 5 bürc Bu gün, 00:48 Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma güclənib Dünən, 23:48 Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub Dünən, 23:48 Bu meyvə payızın qızılı hesab olunur: sağlamlıq üçün faydaları Dünən, 23:48 İstanbulda sel fəlakətində ölənlərin sayı 6-ya çatıb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR