Dünən, 10:50 97

Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması, şəhərdaxili hərəkətin asanlaşdırılması və əsas magistral avtomobil yollarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə iki mühüm yol infrastrukturu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

AVESTA.AZ bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hər iki layihə Dövlət Proqramına daxil edilmiş 24 yol layihəsinin tərkib hissəsidir.

Hazırda Xırdalan şəhərindən keçən dəmir yolu xətti şəhəri iki hissəyə ayırır. Mövcud keçidlərin məhdud olması sürücülərin daha uzun məsafə qət etməsinə, müəyyən küçələrdə nəqliyyat sıxlığının yaranmasına, eləcə də M-1 və M-4 magistral avtomobil yollarına çıxış imkanlarının məhdudlaşmasına səbəb olur.

Birinci layihə çərçivəsində yeni tunelin və əlaqələndirici yolların inşası, həmçinin mövcud yolların və yol qovşaqlarının yenidən təşkili nəzərdə tutulur. Bununla Xırdalan şəhərinin M-1 və M-4 magistral avtomobil yolları ilə nəqliyyat əlaqələri genişləndiriləcək, şəhərin müxtəlif hissələri arasında əlavə hərəkət imkanları yaradılacaq.

İkinci layihə isə M-4 magistral avtomobil yolundan Xırdalan şəhərinin mərkəzinə birbaşa nəqliyyat bağlantısının yaradılmasını əhatə edir. Layihəyə əsasən, bu istiqamətdə yeni tunelin və müxtəlif səviyyəli yol ötürücüsünün inşası planlaşdırılır.

Bir-birini tamamlayan hər iki layihənin reallaşdırılması nəticəsində Xırdalanın şəhərdaxili yol şəbəkəsi ilə əsas magistrallar arasında alternativ nəqliyyat əlaqələri formalaşacaq.

Nəticədə sürücülərin əlavə məsafə qət etməsinə ehtiyac azalacaq, nəqliyyat axınının müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi mümkün olacaq və şəhərin daxili küçələrində sıxlığın azalması üçün şərait yaranacaq.

Layihələrin əsas məqsədi Xırdalan sakinlərinin gündəlik gediş-gəlişini asanlaşdırmaq, hərəkətin rahatlığını və təhlükəsizliyini artırmaq, şəhərin nəqliyyat infrastrukturunu müasir tələblərə uyğun inkişaf etdirməkdir.

Paylaş

Xəbər lenti

Navai Qazaxıstandan deportasiya edildi: narkotik işi bağlandı Bu gün, 13:48 ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə çatıb Bu gün, 13:48 Kamran Əliyevdən yeni təyinatlar Bu gün, 13:48 Yunanıstanlı turist Şəkidə gördüklərindən danışdı: "Bizi heyran etdi" Bu gün, 13:48 Şəbnəm Tovuzlunun qızı Amerikada universitetə qəbul oldu Bu gün, 13:48 Yeqor Krid Bakıda klip çəkdirdi Bu gün, 13:48 Burak Özçivit Rusiyada fanat izdihamı ilə qarşılaşdı Bu gün, 13:48 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi? Bu gün, 13:48 Əbdül Xalid: "Geyiminə görə toydan qovulan qadın müğənnilər görmüşəm" Bu gün, 13:48 Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" şadlıq sarayı ilə bağlı QƏRAR VERİLDİ Bu gün, 12:48 Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub Bu gün, 12:48 "Aşk-ı Memnu"nun villasını ziyarət edən Xəyalə Quliyeva: "Xatirələrimə ağlayırdım" Bu gün, 12:48 Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı" Bu gün, 12:48 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir Bu gün, 12:48 Şabranda sel nəticəsində zədələnmiş yol bərpa olunub Bu gün, 12:48 Vüqar Bayramov: "POS terminalların sayı aktiv vergi ödəyicilərin sayından təxminən 5 dəfə azdır" Bu gün, 12:48 "Mən özüm iki uşaq atasıyam": "Yango" sürücüsü doğuş sancıları başlayan qadını Binə qəsəbəsindən təcili xəstəxanaya çatdırıb Bu gün, 12:48 Deputat: "Yüksək komissiya haqları nağdsız hesablaşmalara marağı azaldır" Bu gün, 12:48 Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi Bu gün, 12:48 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək Bu gün, 12:48 Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək Bu gün, 11:48 Aİ rəsmisi: "Süni intellekt kiber təhlükəsizlik məsələsini sürətlə dəyişir" Bu gün, 11:48 Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu Bu gün, 11:48 Bu gün Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür Bu gün, 11:48 Sevda Yahyayevanın qayınanası: "O mənim qızımdır" Bu gün, 11:48 "Borussiya Dortmund"dan Bakı Olimpiya Stadionu ilə bağlı məzəli paylaşım Bu gün, 11:48 ANAMA ilə BMT arasında əməkdaşlıq müzakirə olunub Bu gün, 11:48 ARDNF-in aktivləri 74 milyard dollardır Bu gün, 11:48 Məşhur modelin təəccübləndirən gözəllik sirri: "Bizon və maral əti yeyirəm" Bu gün, 11:48 Səidə Dadaşova: "Onlarla eyni səhnədə çıxış etməyə utanıram" Bu gün, 11:48 ARDNF 9 ayda AÇG-nin işlənməsindən 6,5 milyard manatdan çox gəlir əldə edib Bu gün, 11:48 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi Bu gün, 11:48 Qonaqlara iylənmiş ətdən yemək verən şadlıq sarayı ilə bağlı qərar verildi Bu gün, 11:48 "Kupça"sız evə bu yolla sənəd almaq olar Bu gün, 10:48 Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib Bu gün, 10:48 Məşhur meyxanaçı vəfat etdi Bu gün, 10:48 Qərbi Azərbaycan həqiqətləri: Əkərək kəndinin tarixi və demoqrafiyası Bu gün, 10:48 XRİTDX rəis müavini: "Rəqəmsal təhdidlərə qarşı beynəlxalq əməkdaşlıq vacibdir" Bu gün, 10:48 Donald Tramp: "Paris tezliklə müsəlman şəhərinə çevriləcək" Bu gün, 10:48 Bakıda bu bağçada nöqsanlar AŞKARLANDI Bu gün, 10:48 Biləsuvarda avtomobil aşıb, ölən və yaralanan var Bu gün, 10:48 Təcili yardım beyninə qan sızan xəstənin çağırışına niyə gəlməyib? - TƏBİB açıqladı Bu gün, 10:48 Uşaq meydançasında təhlükəli çökmə Bu gün, 09:48 Dünya bazarında "Brent" və "WTI" neftinin qiyməti bahalaşdı Bu gün, 09:48 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar Bu gün, 09:48 Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib Bu gün, 09:48 DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib Bu gün, 09:48 Azərbaycanın azad edilmiş ərazilərində 8 yerdə SES tikilir Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR