
Türkiyənin İstanbul şəhərində güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı altıya yüksəlib. Axtarış-xilasetmə işləri davam etdirilir.
BAKU.WS xəbər verir ki, Pendik rayonunda sel sularının avtomobili aparması nəticəsində itkin düşən iki nəfərdən birinin meyiti tapılıb. Digər şəxsin axtarışları davam edir.
Məlumata görə, avtomobildə olan üç nəfərdən biri şüşəni sındıraraq ağac budağından tutub və xilas olmağı bacarıb. Digər iki nəfər isə güclü su axınına düşüb. Tapılan meyitin kimliyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, oktyabrın 14-dən başlayan güclü yağışlar İstanbulda son 83-84 ilin ən şiddətli sel fəlakətlərindən birinə səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.