
Məşhur aktyor Burak Özçivit yeni görüntüləri ilə diqqət çəkib.
AVESTA.AZ xəbər verir ki, Rusiyaya səfər edən aktyor burada fanat izdihamı ilə qarşılaşıb. Həmin anların videosu sosial şəbəkələrdə yayılıb.
Rusiyalı fanatları Burak Özçiviti böyük coşqu və həyəcanla qarşılayıblar. Aktyora göstərilən maraq sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, Burak Özçivitin Rusiyaya səfəri ilk dəfə deyil. Aktyor bundan əvvəl də Rusiya və bir sıra ərəb ölkələri də daxil olmaqla, müxtəlif ölkələrdə fanatları ilə görüşlər keçirib və izdihamla qarşılaşıb.
Sözügedən görüntüləri təqdim edirik.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.