
Azərbaycana səfər edən yunanıstanlı turist Kostulas Stavros Şəkinin tarixi abidələrindən, memarlığından, milli mətbəxindən və yerli sakinlərin qonaqpərvərliyindən məmnun qalıb.
BAKU.WS-ə açıqlama verən turist bildirib ki, son iki gündə Şəkidə olduqlarını və şəhərin qədim tarixi ilə yaxından tanış olmaq imkanı qazandıqlarını bildirib.
K.Stavrosun sözlərinə görə, İpək Yolu üzərində yerləşən Şəki tarixən mühüm ticarət mərkəzlərindən biri olub. Vaxtilə şəhərdən keçən karvanlarla ipək, qızıl və digər məhsullar daşınıb.
Yunanıstanlı turist Şəki Xan Sarayının memarlığının onları heyran etdiyini vurğulayıb. O, səfər çərçivəsində Karvansarayı da ziyarət etməyi planlaşdırdıqlarını qeyd edib.
K.Stavros şəhərin daş tikililərdən ibarət memarlıq üslubunu və yerli sakinlərin mehribanlığını da xüsusi vurğulayıb. Onun sözlərinə görə, Şəkidə gördükləri diqqət və qonaqpərvərlik səfərlərini daha yaddaqalan edib.
Turist yerli mətbəxin də onların xoşuna gəldiyini bildirib. O, Şəkidə Azərbaycan mətbəxi başda olmaqla müxtəlif mətbəxlərin ləziz nümunələrini dadmaq fürsəti əldə etdiklərini söyləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.