
Məşhur model Miranda Kerrin gözəllik sirri hamını təəccübləndirib.
BAKU.WS xəbər verir ki, o "Stellar" jurnalına verdiyi müsahibəsində səhhətindəki problemlər və riayət etdiyi xüsusi qidalanma rejimindən danışıb.
Uzun müddətdir bağırsaq iltihabından əziyyət çəkdiyini bildirən model, qan analizlərindən sonra qidasına daha həssas yanaşmağa başladığını qeyd edib.
"Həmişə sağlamlığıma diqqət etdiyimi düşünürdüm, lakin verdiyim qan analizləri bəzi problemləri üzə çıxardı. Məndə proktit (düz bağırsağın iltihabı) aşkarlandı. Bu, iltihabi bağırsaq xəstəliyi olduğu üçün artıq nə yediyimə maksimum dərəcədə diqqət yetirməliyəm" - deyə o bildirib.
Sağlamlığını bərpa etmək üçün fərqli qidalara müraciət edən Miranda Kerr, rasionuna bizon və maral əti əlavə etdiyini açıqlayıb:
"Uşaqlarım bizon əti yeməsə də, mən yeyirəm, maral əti də yeyirəm, çünki bu orqanizmimə yaxşı təsir edir. Adətən maral əti çox az yağlıdır və təbii zülalla zəngindir. Sağlamlığıma həddindən artıq önəm verirəm".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.