
Sumqayıt şəhərində "Sumqayıt bazarı" və "Saray bağları" adlanan ərazilər istiqamətində hərəkət edən 17 və 17A avtobuslarının həm köhnə olması, həm də intervalı ilə bağlı şikayət var.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən marşrut xətti üzrə avtobuslar hələ də yenilənməyib. Həmçinin avtobusun intervalı səbəbi ilə sərnişinlər mənzil başına 45-50 dəqiqəyə çatırlar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Sumqayıt şəhəri və ətraf ərazilər üzrə marşrut şəbəkəsinin təhlili və yenidən formalaşdırılması aparılır.
"Bu işlər çərçivəsində marşrutlar müsabiqəyə çıxarılır. Müsabiqə nəticəsində avtobusların yenilənməsi həyata keçirilir. Qeyd edilən xətlər üzrə də zəruri tədbirlərin görülməsi nəzərdə tutulub".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.