Bu gün, 20:48 85

Qara dənizdə təhlükə, Orta Dəhlizdə fürsət: Azərbaycan üçün yeni imkanlar yaranır?

Qara dənizdə ticarət gəmilərinə qarşı hücumların artması beynəlxalq dəniz daşımalarının təhlükəsizliyini ciddi təhdid etməyə başlayıb.

Rusiya-Ukrayna müharibəsi fonunda dəniz marşrutlarının riskli zonaya çevrilməsi yükdaşımaların bahalaşması və təchizat zəncirlərinin pozulması ilə yanaşı, alternativ nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətini də artırır.

Bəs Qara dənizdəki təhlükəsizlik böhranının geosiyasi və geoiqtisadi hansı mənfi təsirləri var?

AVESTA.AZ xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Roza Bayramlı bildirib ki, Qara dənizdə ticarət gəmilərinə qarşı hücumların intensivləşməsi beynəlxalq dəniz ticarətinin təhlükəsizliyi və Avrasiya nəqliyyat-logistika sisteminin dayanıqlılığı baxımından ciddi narahatlıq doğurur:

Qara dənizdə təhlükə, Orta Dəhlizdə fürsət: Azərbaycan üçün yeni imkanlar yaranır?

"Rusiya-Ukrayna müharibəsinin davam etməsi nəticəsində Qara dəniz artıq yalnız hərbi qarşıdurma məkanı deyil, həm də beynəlxalq təchizat zəncirlərinin təhlükəsizliyinə birbaşa təsir göstərən yüksək riskli nəqliyyat zonasına çevrilib. "Financial Times" nəşrinin dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış "Ambrey" şirkətinin və Beynəlxalq Dəniz Təşkilatının məlumatlarına istinadən oktyabrın 25-də yaydığı xəbərə görə, 2026-cı ilin əvvəlindən Qara dənizdə 570-dən çox gəmi hücuma məruz qalıb, azı 40 dənizçi həyatını itirib. Müqayisə üçün Hörmüz boğazı və ətraf regionda 24 dənizçinin ölümü qeydə alınıb. Təkcə iyul-sentyabr aylarında Qara dənizdə təxminən 387 gəminin hücuma məruz qalması vəziyyətin nə dərəcədə kəskinləşdiyini göstərir. "Ambrey"in qiymətləndirməsinə əsasən, son ay yarım ərzində gəmiçiliyə qarşı hücumların təxminən 90 faizi Rusiya qüvvələri ilə əlaqələndirilir. Problemin əsas mənbəyi Rusiyanın Ukraynaya qarşı müharibəsi və hərbi əməliyyatların Qara dənizdə mülki gəmiçiliyə yaratdığı təhlükələrdir. Bununla yanaşı, Ukraynanın Rusiya gəmilərinə və dəniz infrastrukturuna qarşı həyata keçirdiyi əməliyyatlar da regionda ümumi təhlükəsizlik vəziyyətinə təsir göstərir. Beləliklə, hərbi qarşıdurmanın dəniz məkanına yayılması beynəlxalq ticarət üçün riskləri daha da artırır".

"Qara dəniz Avropa və Asiya arasında taxıl, enerji resursları, metallurgiya məhsulları və digər strateji yüklərin daşınmasında mühüm rol oynayır. Buna görə də burada təhlükəsizlik vəziyyətinin pisləşməsi yalnız region ölkələrinə deyil, qlobal ticarətə də təsir göstərir. Gəmilərə qarşı hücumlar sığorta xərclərinin artmasına, daşımaların bahalaşmasına, limanların fəaliyyətində fasilələrə və təchizat zəncirlərinin pozulmasına səbəb olur. Xüsusilə hərbi risk sığortasının bahalaşması və daşımaların proqnozlaşdırılmasının çətinləşməsi beynəlxalq logistika şirkətlərini alternativ marşrutlar axtarmağa sövq edir", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, mövcud təhlükələrin azaldılması üçün ilk növbədə mülki gəmiçiliyin beynəlxalq hüququn tələblərinə uyğun qorunması, ticarət gəmilərinə və mülki liman infrastrukturuna hücumların dayandırılması, dəniz minalarının təmizlənməsi və region ölkələri arasında təhlükəsizlik koordinasiyasının gücləndirilməsi vacibdir:

"Xüsusilə Türkiyə, Rumıniya və Bolqarıstan arasında dəniz təhlükəsizliyi və mina əleyhinə əməkdaşlığın genişləndirilməsi praktik əhəmiyyət daşıyır. Bununla belə, uzunmüddətli təhlükəsizliyin təmin olunması müharibənin siyasi-diplomatik həlli ilə birbaşa bağlıdır. Digər mühüm istiqamət isə beynəlxalq ticarətin ayrı-ayrı riskli nəqliyyat marşrutlarından asılılığının azaldılmasıdır. Məhz bu kontekstdə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin inkişaf etdirdiyi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhlizin strateji əhəmiyyəti daha da artır. Son illərin statistikası bu marşrutun əhəmiyyətinin yüksəldiyini göstərir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına əsasən, 2024-cü ildə Transxəzər Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcmi 62 faiz artaraq təxminən 4.5 milyon tona çatıb. Bu göstərici dəhlizin inkişaf potensialını nümayiş etdirsə də, onun tam rəqabətqabiliyyətli nəqliyyat marşrutuna çevrilməsi üçün əlavə infrastruktur investisiyaları və institusional koordinasiya tələb olunur. Dünya Bankının 2026-cı ilin sentyabrında dərc etdiyi araşdırmaya əsasən, strateji investisiyalar və nəqliyyat-logistika sisteminin təkmilləşdirilməsi nəticəsində 2040-cı ilədək Orta Dəhliz boyunca ticarət həcmlərinin üç dəfədən çox artırılması, daşınma müddətlərinin yarıya endirilməsi və təxminən 2 milyon əlavə iş yerinin yaradılması mümkündür. Dünya Bankı həmçinin dəhlizin fiziki infrastrukturundakı məhdudiyyətlərin aradan qaldırılması üçün 2040-cı ilədək ən azı 25 milyard dollar investisiyaya ehtiyac olduğunu bildirir. Bu proqnozlar dəhlizin yalnız alternativ tranzit istiqaməti deyil, həm də region ölkələri arasında iqtisadi inteqrasiyanın mühüm vasitəsi ola biləcəyini göstərir".

"Azərbaycan bu prosesdə əsas logistika qovşaqlarından biri kimi çıxış edir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadan daxil olan yüklərin Azərbaycan üzərindən Gürcüstan və Türkiyə istiqamətində daşınması ölkəmizin Avrasiya nəqliyyat sistemində strateji mövqeyini gücləndirir. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin fəaliyyətində mühüm rol oynayır. Burada nəzərə alınmalıdır ki, Orta Dəhlizin bir istiqaməti Gürcüstanın Qara dəniz limanlarından keçdiyindən marşrut mövcud təhlükəsizlik risklərindən tam təcrid olunmayıb. Lakin Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə dəmir yolu bağlantıları yüklərin Qara dənizdən keçmədən Avropa istiqamətində daşınmasına imkan yaradır. Buna görə də Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından daha geniş istifadə, Xəzər dənizində bərə daşımalarının artırılması və multimodal logistika imkanlarının genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının daha da dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstanın Aktau və Kurık, Türkmənistanın Türkmənbaşı və Azərbaycanın Ələt limanları arasında əlaqələrin gücləndirilməsi Xəzər üzərindən yükdaşımaların səmərəliliyini artıra bilər. Bununla yanaşı, gömrük prosedurlarının rəqəmsallaşdırılması, tranzit tariflərinin uyğunlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi dəhlizin rəqabətqabiliyyətliliyini artıran əsas amillərdir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında siyasi əməkdaşlığın yeni institusional mərhələyə qədəm qoyması da bu istiqamətdə əlavə imkanlar yaradır. 2026-cı il oktyabrın 8-də Türkmənistanın Avaza şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının səkkizinci Məşvərət Görüşü regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm mərhələ olub. Azərbaycanın bu formatda tamhüquqlu iştirakı və 2027-ci ildə sədrliyin ölkəmizə keçməsi nəqliyyat-logistika sahəsində yeni birgə təşəbbüslərin irəli sürülməsi üçün əlverişli imkanlar yaradır. Görüş zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2027-ci ildə Xivədə "Mərkəzi Asiya-Azərbaycan" Biznes Forumunun keçirilməsi təşəbbüsü, eləcə də regional infrastruktur əməkdaşlığının gücləndirilməsi ilə bağlı təkliflər iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından əhəmiyyətlidir", - müsahibimiz qeyd edib.

R.Bayramlı hesab edir ki, Azərbaycanın 2027-ci ildəki sədrliyi çərçivəsində Orta Dəhlizin inkişafı əsas prioritetlərdən biri kimi müəyyənləşdirilə bilər:

"Xüsusilə Xəzər dənizində limanlararası koordinasiyanın gücləndirilməsi, konteyner daşımalarının genişləndirilməsi, tranzit tariflərinin uyğunlaşdırılması və rəqəmsal logistika platformalarının inkişafı istiqamətində konkret təşəbbüslərin irəli sürülməsi məqsədəuyğun olardı. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan, Türkmənistan və digər tərəfdaş ölkələrin birgə investisiya layihələrinə üstünlük verməsi, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsi regionun beynəlxalq ticarət sistemində mövqelərini gücləndirə bilər. Burada əsas məqsəd yalnız tranzit həcmlərinin artırılması deyil, həm də sabit tariflərə, proqnozlaşdırıla bilən çatdırılma müddətlərinə və əlaqələndirilmiş logistika xidmətlərinə əsaslanan vahid nəqliyyat sisteminin formalaşdırılması olmalıdır. Nəticə etibarilə Qara dənizdəki təhlükəsizlik böhranı bir daha göstərir ki, müasir geosiyasi şəraitdə nəqliyyat marşrutlarının şaxələndirilməsi yalnız iqtisadi səmərəlilik deyil, həm də strateji təhlükəsizlik məsələsidir. Bu baxımdan Orta Dəhliz Qara dənizdəki riskləri tam aradan qaldıran alternativ olmasa da, beynəlxalq ticarətin dayanıqlılığını artırmaq və riskli marşrutlardan asılılığı azaltmaq baxımından mühüm imkanlar təqdim edir. Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında güclənən əməkdaşlıq isə Orta Dəhlizin yalnız tranzit marşrutu kimi deyil, Avrasiyanın yeni nəqliyyat-logistika arxitekturasının strateji komponenti kimi formalaşmasına xidmət edə bilər".

Paylaş

Xəbər lenti

Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək Bu gün, 21:48 Bakıda Vatikan səfirliyinin yaradılmasının vacibliyi vurğulanıb Bu gün, 21:48 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək Bu gün, 21:48 Pensiyaların tam indeksləşdirilməsi kimlərə şamil olunacaq? - VACİB AÇIQLAMA Bu gün, 21:48 Bədbəxt hadisənin təfərrüatı: "Dirək gəlinin beyninə dəyib, canını tapşırıb" Bu gün, 21:48 Qara dənizdə təhlükə, Orta Dəhlizdə fürsət: Azərbaycan üçün yeni imkanlar yaranır? Bu gün, 20:48 Mədə yanmasını adi hal hesab etməyin - Bu halda ürək xəstəliyindən xəbər verir Bu gün, 20:48 Azərbaycanda kərə və duru yağlar nə üçün bahalaşır? - SƏBƏBLƏR Bu gün, 20:48 Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək Bu gün, 20:48 Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb Bu gün, 20:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Daşkörpü sakinləri etnik təmizləməyə məruz qalıb Bu gün, 19:48 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib Bu gün, 19:48 "Qalatasaray" daha bir rus futbolçu almaq istəyir Bu gün, 19:48 Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi" Bu gün, 19:48 DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb Bu gün, 19:48 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb Bu gün, 19:48 Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək Bu gün, 19:48 Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər Bu gün, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib Bu gün, 18:48 Nazirlər Kabinetindən təhsilalanlarla bağlı VACİB QƏRAR Bu gün, 18:48 Ermənistanda məhbus məhkəmə binasından qaçdı Bu gün, 18:48 Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar Bu gün, 18:48 Bu rayonda avtomobil yolları təmir olunacaq - 1,8 milyonluq LAYİHƏ Bu gün, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib Bu gün, 18:48 Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı Bu gün, 17:48 Hindistan Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb Bu gün, 17:48 Uzun yaşamaq istəyənlərə XƏBƏRDARLIQ - Bu iki üsula inanmayın Bu gün, 17:48 Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi Bu gün, 17:48 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü Bu gün, 17:48 İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?" Bu gün, 17:48 Təkəri partlayan yük maşını aşdı - Daşıdığı qoyunlar yola səpələndi Bu gün, 17:48 Azərbaycanlı sabiq icra başçısı Rusiyada vəfat etdi Bu gün, 17:48 Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq Bu gün, 17:48 Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir Bu gün, 16:48 Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir Bu gün, 16:48 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı? Bu gün, 16:48 İlin sonuna qədər həyatı kökündən dəyişəcək 4 BÜRC - Yeni dövr başlayır Bu gün, 16:48 Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib Bu gün, 16:48 Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti Bu gün, 16:48 Dünya çempionatı: Nihat Məmmədli finala vəsiqə qazanıb Bu gün, 16:48 Air Arabia-nın xəritəsində Xankəndinin adı hələ də təhrif olunaraq yazılır Bu gün, 15:48 Deputatın oğlunun da həbs edildiyi cinayətdə öldürülən Ceyhunun YENİ FOTOLARI Bu gün, 15:48 Bakıda 20 yaşlı oğlan sevgilisini BMW-nin içərisində döydü Bu gün, 15:48 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib Bu gün, 15:48 İlham Əliyev İƏT-in baş katibini qəbul edib Bu gün, 15:48 Hikmət Hacıyev: Sülh sazişi tək kağız üzərində olmamalıdır Bu gün, 15:48 Prezidentin köməkçisi: Süni intellekt dövründə həqiqətin tapılması daha ciddi çağırışla üz-üzədir Bu gün, 15:48 Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR