
Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo rayonunda Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində sənaye müəssisəsi və kommunal infrastruktur obyekti zərər görüb.
BAKU.WS xəbər verir ki, bu barədə Nijni Novqorod şəhərinin meri Yuri Şalabayev məlumat verib.
Onun sözlərinə görə, hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Yaşayış evlərinə mümkün ziyanla bağlı məlumatlar dəqiqləşdirilir.
Mer bildirib ki, hücum başa çatdıqdan dərhal sonra zədələnmiş kommunal obyektlərin fəaliyyətinin bərpasına başlanılacaq.
Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi daha əvvəl Ukraynanın 17 regiona, o cümlədən Moskva ətrafına və bir sıra vilayətlərə kütləvi hücum etdiyini açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.