
“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi 5-ci matçında Türkiyə klubu “Bağçaşəhər”in qonağı olub.
İstanbulda yerləşən Ülkər İdman Zalında təşkil olunan görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 99:80.
Qeyd edək ki, “Sabah” qrupda keçirdiyi 4 oyunun 3-də məğlub olub, 1-də qələbə qazanıb. Azərbaycan çempionu “Bağçaşəhər”lə Bakıda keçirdiyi matçda rəqibinə 65:83 hesabı ilə uduzub. “Sabah” hazırda 5 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.