
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hərracda məişət texnikası, metal stullar, bağ mebelləri, müxtəlif təyinatlı əşyalar, həmçinin 2012 və 2013-cü il istehsalı olan "Toyota Land Cruiser" markalı avtomobillər satışa çıxarılıb.
Səfirliyin məlumatına görə, Bakı üzrə növbəti hərrac sessiyası bu gün başlayıb və 18 noyabr saat 10:00-da bağlanacaq.
Qeyd olunub ki, qalib gəlmiş şəxslər etibarlı şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan manatı ilə nağd şəkildə həyata keçirməlidirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.