
Şəxsi həyatındakı qalmaqallar səbəbilə Hollivuddan uzaqlaşaraq Baham adalarına köçən Conni Depp etirafları ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, kütlədən və kameralardan uzaq bir həyat tərzinə üstünlük verən 63 yaşlı ulduz vaxtının böyük hissəsini özünə məxsus adada keçirir.
Aktyor "The Wall Street Journal"a açıqlamasında ABŞ-də rahat yaşaya bilmədiyini, Baham adalarındakı evində isə hüzur tapdığını bildirib.
"Vaxtımın çoxunu Baham adalarında keçirirəm. Orada tam bir hüzur və sakitlik tapdım. Heç kim mənə kamera tuşlamır və ya dik-dik baxmır. 2004-cü ildə 1940-cı illərə aid taxta ev aldım. İçərisində bir rəsm emalatxanası qurdum. Rəsm çəkmək ətrafımdakı dünyanı dərk etməyimə imkan verən bir sığınacaq olaraq qalır" -deyə Depp vurğyalyıb.
Aktyor hələ 2009-cu ildə "Vanity Fair" jurnalına verdiyi müsahibədə də adadakı həyatın onun üçün nə qədər vacib olduğunu vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.