
Bakı şəhərinin Nizami rayonunda yerləşən gecə klublarından birinin qarşısında baş verən insidentin təfərrüatı məlum olub.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, gənc oğlan gecə saatlarında tanışı olan qızla gecə klubuna gəlib. Bir müddət sonra oğlanın sevgilisi cütlüyü həmin məkanda tutub və mübahisə yaranıb.
Hadisədən əsəbiləşən gənc oğlan əvvəlcə maşını yaxınlıqdakı paltar satılan mağazanın vitrininə çırpıb, daha sonra isə qadınlardan biri ilə dalaşıb.
Məlumatlara görə, həmin şəxs polis tərəfindən saxlanılıb.
İnsidentin baş verdiyi gecə klubunun əməkdaşı Əli İbrahimoğlu məsələ ilə bağlı danışıb:
"Qonaq bizim məkana gəlib, istirahət edib və çölə çıxıb. Çöldə baş verənlərdən xəbərimiz olmayıb. Məsələ ilə bağlı aidiyyəti orqanların əməkdaşları gəlib, kamera görüntülərini götürüb, şikayətçiləri dinləyiblər. Məkanda heç bir problem olmayıb, heç kim mübahisə etməyib. Nə baş veribsə, çöldə olub".
***10:14
Nizami rayonu ərazisində baş verən insidentlə bağlı polis tərəfindən araşdırma aparılır.
BAKU.WS-in məlumatına görə, avtomobil mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.
Araşdırmanın nəticəsindən asılı olaraq, mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət veriləcəkdir.
***08:53
Bakı şəhərinin Nizami rayonunda yerləşən gecə klublarından birinin qarşısında insident yaşanıb.
BAKU.WS Patrul.az-a istinadla xəbər verir ki, metronun "Neftçilər" stansiyasının yaxınlığındakı klubdan çıxan sərxoş şəxs 10-DK-111 dövlət qeydiyyat nişanlı "Mercedes Galendewagen" markalı avtomobili mağazalara çırpıb.
Bundan sonra gecə klubundan çıxan qadınla mübahisə tərəflər arasında yumruq davasına çevrilib.
Həmin görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.