
Bakıda 49 yaşlı kişi küçədə bıçaqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü Zamin Knyaz oğlu Məhərrəmov mübahisə zəminində küçədə bıçaq xəsarətləri alıb.
Bir neçə bıçaq xəsarəti alan şəxs xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, zərərçəkən tanışı tərəfindən yaşadığı evdən küçəyə çağırılıb. Tərəflər arasında yaranan mübahisə zamanı onlardan biri digərinə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.