Bu gün, 09:48 67

Elçin Əmirbəyov Çində mühüm müzakirələr aparıb

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çin Xalq Respublikasına (ÇXR) işgüzar səfəri çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Ma Hui, Çin Xalq Siyasi Məşvərət Şurası (CPPCC) Milli Komitəsinin Xarici Əlaqələr Komitəsinin sədri He Pinq, Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Liu Bin, Ümumçin Xalq Nümayəndələri Yığıncağının (NPC) Xarici Əlaqələr Komitəsi sədrinin müavini Van Ke, habelə Çin Xalq Xarici Əlaqələr İnstitutunun (CPIFA) vitse-prezidenti Yan Tao ilə görüşlər keçirib.

BAKU.WS xəbər verir ki, görüşlər zamanı Azərbaycan-Çin münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Siyasi dialoqun daha da möhkəmləndirilməsi, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran aktual regional və beynəlxalq məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan ilə Çin arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin son illərdə dinamik inkişafını məmnunluqla qeyd edərək, dövlət başçıları səviyyəsində keçirilən görüşlərin və qarşılıqlı səfərlərin ikitərəfli əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini vurğulayıblar. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfərinin və səfər çərçivəsində ÇXR Sədri Si Cinpin ilə keçirilmiş görüşün xüsusi əhəmiyyəti qeyd olunub. Həmin görüşün nəticəsi olaraq iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzalanıb. Bu sənədin imzalanmasının Azərbaycan-Çin münasibətlərinin bütün istiqamətlər üzrə daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə güclü təkan verdiyi, onların gələcək inkişafı üçün möhkəm siyasi və institusional əsas yaratdığı vurğulanıb. Danışıqlar zamanı tərəflər ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi, habelə nəqliyyat-logistika, enerji, rəqəmsal texnologiyalar, elm və təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu deyiblər.

2027-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağını nəzərə çatdıran tərəflər bu əlamətdar tarixin iki xalq arasında dostluq və qarşılıqlı anlaşmanın daha da möhkəmləndirilməsi, ikitərəfli əməkdaşlığın yeni istiqamətlərinin inkişaf etdirilməsi və siyasi dialoqun intensivləşdirilməsi baxımından xüsusi əhəmiyyətinə diqqət yetiriblər. Bu xüsusda, yubiley münasibətilə birgə tədbirlərin təşkili və müxtəlif sahələrdə qarşılıqlı təmasların genişləndirilməsinin məqsədəuyğunluğu nəzərə çatdırılıb.

Görüşlərdə ticarət-iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf dinamikası da ətraflı müzakirə olunub. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin davamlı artım nümayiş etdirdiyi vurğulanıb. Belə ki, 2025-ci ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 30 faiz artaraq 4.8 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, mövcud göstəricilərin iki ölkənin iqtisadi potensialını və əməkdaşlıq imkanlarını hələ də tam əks etdirmədiyi bildirilib. Qarşılıqlı ticarətin daha da artırılması, ixracın şaxələndirilməsi, investisiya fəallığının təşviqi və iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğu qeyd edilib.

Ənənəvi əməkdaşlıq istiqamətləri ilə yanaşı, bərpa olunan enerji, yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat, sənaye istehsalı, yüksək texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat və logistika, innovasiya və elmi tədqiqatlar kimi yeni sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivləri də nəzərdən keçirilib.

Müzakirələrin əsas mövzularından biri nəqliyyat-logistika sahəsində əməkdaşlıq olub. Bu xüsusda, Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın "İpək Yolunun dirçəldilməsi" strategiyası ilə uzlaşdırılmasının vacibliyinə toxunulub. Qeyd olunub ki, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilmiş Böyük İpək Yolunun bərpasına dair beynəlxalq konfransla əsası qoyulmuş bu strateji xəttin ardıcıl şəkildə davam etdirilməsi və tarixi İpək Yolunun müasir nəqliyyat infrastrukturu əsasında dirçəldilməsi hər iki ölkənin maraqlarına və strateji prioritetlərinə uyğundur.

Bu kontekstdə Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialının reallaşdırılmasında oynadığı aparıcı rol, habelə sonuncunun Çin ilə Avropa arasında etibarlı, təhlükəsiz və səmərəli nəqliyyat bağlantısının təmin edilməsində artan əhəmiyyəti diqqətə çatdırılıb. Zəngəzur dəhlizinin reallaşdırılmasının Orta Dəhlizin mühüm tərkib hissəsi kimi "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsinə, Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin daha da genişləndirilməsinə və regionun tranzit potensialının artırılmasına əlavə töhfə verəcəyi xüsusi vurğulanıb. Bununla yanaşı, regional nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafının yalnız iqtisadi əməkdaşlıq baxımından deyil, həm də Cənubi Qafqazda davamlı sülhün və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

Elçin Əmirbəyov çinli həmkarlarını Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin gedişi, ölkəmizin Cənubi Qafqazda möhkəm və dönməz sülhün təmin olunması, habelə regionda yeni əməkdaşlıq imkanlarının yaradılması istiqamətində göstərdiyi səylər barədə məlumatlandırıb. Çin tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə və Azərbaycanın regionda davamlı sülhün bərqərar olmasına yönəlmiş sülh gündəliyinə tam dəstəyini ifadə edib.

Görüşlərdə humanitar minatəmizləmə sahəsində əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirilib. Elçin Əmirbəyov işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənməsinin Azərbaycanın üzləşdiyi ən ciddi humanitar problemlərdən biri olaraq qaldığını bildirib. O, bu təhlükənin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər, habelə bu sahədə beynəlxalq dəstək və həmrəyliyin əhəmiyyəti barədə məlumat verib. Çin tərəfi Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə bundan sonra da dəstək göstərməyə hazır olduğunu təsdiqləyib. Bu xüsusda, Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti xüsusi qeyd olunub.

Görüşlər zamanı parlamentlərarası əlaqələrin inkişafı, qanunverici orqanların müvafiq komitələri və dostluq qrupları arasında təmasların genişləndirilməsi, eləcə də parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsi məsələləri də müzakirə edilib. Bununla yanaşı, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin və partiyalararası müstəvidə ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsinin vacibliyindən danışılıb.

Səfər çərçivəsində Elçin Əmirbəyov Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun ekspertləri ilə dəyirmi masa formatında keçirilən müzakirələrdə də iştirak edib. Tədbir zamanı Azərbaycan-Çin münasibətlərinin inkişaf perspektivləri, Cənubi Qafqazda baş verən geosiyasi proseslər, regional təhlükəsizlik, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, habelə Avrasiya məkanında nəqliyyat və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çinin aparıcı ingilisdilli nəşrlərindən biri olan China Daily qəzetinə müsahibə verib.

Paylaş

Xəbər lenti

Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi Bu gün, 09:48 Dünya bazarında neftin qiyməti ucuzlaşıb Bu gün, 09:48 Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq Bu gün, 09:48 Elçin Əmirbəyov Çində mühüm müzakirələr aparıb Bu gün, 09:48 "Nə? Harada? Nə zaman?"ın ulduzu Rövşən Əsgərovla bağlı cinayət işi Rusiya məhkəməsində araşdırılacaq Bu gün, 09:48 Yadplanetlilər həqiqətən Yerə gəlib? Bu gün, 09:48 Ramiz Mehdiyev hökmdən narazıdır - Daha yüngül cəza istəyir Bu gün, 09:48 Azərbaycanda bələdiyyə sədri qəfil VƏFAT ETDİ Bu gün, 08:48 Üç uşaq atası ilə birlikdə meyiti tapılan qadın kimdir? Bu gün, 08:48 Dünya bazarında qızıl ucuzlaşmaqda davam edir - Qiymət 3 800 dollara yaxınlaşıb Bu gün, 08:48 "Embawood"un anbarında ölüm hadisəsi olub Bu gün, 08:48 Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı Bu gün, 00:48 Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib Bu gün, 00:48 Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları Bu gün, 00:48 Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı Bu gün, 00:48 İsmayıllı-Lahıc yolunda uçqun olub: Hərəkət dayanıb Dünən, 23:49 Müzəffər İsayev vəfat etdi Dünən, 23:49 ABŞ Keşm adasına raket zərbəsi endirdi Dünən, 23:49 Kürdəmirdə ailənin evi əşyaları ilə birlikdə külə döndü: "30 ilin zəhməti 30 dəqiqəyə yox oldu" Dünən, 23:48 Rusiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum oldu Dünən, 23:48 Gürcüstandan maşın almaq istəyənlərin nəzərinə Dünən, 23:48 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər Dünən, 23:48 Ağır qəza baş verdi - Ölən və xəsarət alanlar var Dünən, 22:48 Uşağa qulluğa görə müavinət bu şəxslərə verilməyə bilər - Yeni qayda Dünən, 22:48 "İstək" MMC-də saxta köçürmələr və milyonluq pul iddiası: Şirkət daxilində nə baş verib? Dünən, 22:48 Elektromobillərin təkərləri niyə tez sıradan çıxır - Səbəb məlum oldu Dünən, 22:48 Bədbəxt hadisə nəticəsində ölən Elvinin fotosu Dünən, 22:48 Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir Dünən, 21:48 Maaşını kartla alanların NƏZƏRİNƏ - 2027-ci il aprelin 1-dən... Dünən, 21:48 Qaz xətti qırıldı, evə ziyan dəydi: Ağacın aşmasında şirkət günahkardır? Dünən, 21:48 ABŞ-də benzin qiymətləri ən aşağı səviyyəyə düşdü Dünən, 21:48 Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər Dünən, 21:48 Bakıda sakinlər su əvəzinə hava alır, sayğac isə pul hesablayır – ŞİKAYƏT Dünən, 20:48 Saatlıq əməkhaqqı gəlir: Kimlər daha yüksək maaş alacaq? Dünən, 20:48 "Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar? Dünən, 20:48 Bakıda sürücülər tıxacdan yayınmaq üçün səkiyə çıxırlar – QAYDA POZUNTUSU Dünən, 20:48 Türkan Şoray: "Yeşilçam yoxluqlar içində möcüzələr yaradırdı" Dünən, 20:48 Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir Dünən, 20:48 İranın Qeşm adasında silsilə partlayışlar baş verib Dünən, 19:48 Azərbaycanın U-21 millisi Omanın U-23 komandası üzərində qələbə qazanıb Dünən, 19:48 Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib Dünən, 19:48 Rusiyada 13 nəfərin olduğu təyyarə yerə çırpıldı: Ölənlər var Dünən, 19:48 Qlobal kiberhücumun miqyası böyüyür: 178-dən çox şirkət zərər gördü Dünən, 19:48 Səyyad Aran "danışmaqxana" məsələsi barədə: "Sədrdir, irad da bildirər, replika da edər" Dünən, 19:48 "Azərpoçt"un adından fişinq hücumları var Dünən, 18:48 Xəstəxanaya yerləşdirilən müğənninin son vəziyyəti açıqlandı Dünən, 18:48 Ürək əməliyyatı olan aparıcı vəfat etdi Dünən, 18:48 Samir Şərifov: Azərbaycan və Aİ arasında son vaxtlar müsbət dinamika müşahidə olunur Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR