
"Almaniyalı həmkarıma Azərbaycanda mövcud olan digər Avropa ölkələri ilə birgə uğurlu universitet layihələri barədə məlumat verdim".
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadefulla keçirdiyi birgə mətbuat konfransında deyib.
"Azərbaycan-Fransız Universiteti, İtaliya-Azərbaycan Universiteti və müvafiq qurumlarla potensial Azərbaycan-Almaniya Universiteti layihəsinin başlanmasını və biz bu layihələnin sürətlə irəli aparılmasında maraqlı olduğumuzu ifadə etdim", - deyə nazir vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.