Bu gün, 10:48 84

Bakıda ödənişli yollar olacaq? - London və Sinqapur modeli tətbiq edilə bilər

Son dövrlər Bakıda nəqliyyat sıxlığının azaldılması və yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müxtəlif təkliflər gündəmə gəlir.

BAKU.WS xəbər verir ki, bu müzakirələr fonunda paytaxtın hansı ərazilərində ödənişli yolların yaradılacağı və belə bir sistemin tətbiqinin nəqliyyatın hərəkətinə necə təsir göstərəcəyi maraq doğurur.

Eyni zamanda, ödənişli yolların sürücülər üçün əlavə maliyyə yükü yaradıb-yaratmayacağı, tıxacların azalmasına nə dərəcədə kömək edəcəyi və bu modelin mümkün müsbət və mənfi tərəflərinin nədən ibarət olacağı da maraqla qarşılanır.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə açıqlamasında bildirib ki, Türkiyədə ödənişli avtomobil yolları geniş yayılıb və Azərbaycanda da artıq bu təcrübənin nümunələri mövcuddur:

"Şimal istiqamətindəki avtomobil yolu, eləcə də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu bu baxımdan qeyd oluna bilər. Türkiyədə isə Şimali Mərmərə avtomobil magistralı və İzmir-İstanbul magistralı ödənişli yolların nümunələridir.

Bu yolların əsas xüsusiyyəti ondan ibarətdir ki, ödənişli yol tətbiq edilərkən eyni istiqamətdə daha aşağı sürətlə hərəkət etməyə imkan verən alternativ, ödənişsiz yol da olmalıdır. Beləliklə, sürücülərin seçim imkanı yaranır. Vaxta qənaət etmək istəyənlər ödənişli yoldan istifadə edir, tələsməyənlər isə pulsuz alternativə üstünlük verirlər. Bu, xüsusilə yükdaşıma sektorunda fəaliyyət göstərənlər üçün əhəmiyyətlidir. Azərbaycanın ərazisindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyini nəzərə alsaq, həmin dəhlizlər üzrə ödənişli alternativlərin yaradılması daha sürətli daşımaların həyata keçirilməsinə imkan verə bilər".

Bakıda ödənişli yollar olacaq? - London və Sinqapur modeli tətbiq edilə bilər

Ekspert əlavə edib ki, şəhərdaxili nəqliyyatda yanaşma bir qədər fərqlidir:

"Dünyanın müxtəlif şəhərlərində, o cümlədən Londonda və Sinqapurda ödənişli zonalar tətbiq olunur. Burada əsas məqsəd şəhər mərkəzinə daxil olan avtomobillərin sayını azaltmaq və nəqliyyat sıxlığını tənzimləməkdir.

Lakin belə bir sistemin səmərəli işləməsi üçün alternativ nəqliyyat imkanları da inkişaf etdirilməlidir. Xüsusilə şəhərin giriş nöqtələrində "Park and Ride" (avtomobili park et və ictimai nəqliyyata keç) sisteminin yaradılması vacibdir. Bu modeldə sürücülər avtomobilləri şəhərin girişindəki xüsusi dayanacaqlarda saxlayaraq yollarına ictimai nəqliyyatla davam edə bilirlər.

Bununla yanaşı, ictimai nəqliyyatın daha çox sərnişin qəbul etməsi üçün marşrut şəbəkəsi genişləndirilməli, avtobus zolaqları artırılmalı, mikromobillik infrastrukturu inkişaf etdirilməli və yeni nəqliyyat marşrutları formalaşdırılmalıdır. Yəni ödənişli zonaların tətbiqi təkcə avtomobillərin şəhərə girişinin məhdudlaşdırılması ilə yekunlaşmamalı, alternativ nəqliyyat sisteminin qurulması ilə paralel həyata keçirilməlidir".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Mərdəkanda yataqxanada yanğın olub Bu gün, 10:48 Bakıda ödənişli yollar olacaq? - London və Sinqapur modeli tətbiq edilə bilər Bu gün, 10:48 Ögey qardaşı tərəfindən öldürüldüyü iddia olunan Gülarənin qətli ilə bağlı yeni detallar Bu gün, 10:48 Bakının bu ərazisində hərəkət rahatlaşdı - Yeni işıqforlar quraşdırıldı Bu gün, 10:48 Ceyhun Bayramov ilə Yohan Vadeful arasında təkbətək görüş başlayıb Bu gün, 10:48 Nəvai həbsdən sonra qiymətini qaldırdı - Konserti 6 milyona, donuz ətinə görə cərimə isə 1 MİLYONA Bu gün, 10:48 22 illik həyat yoldaşından danışan müğənni: "Evlilik təklifi etmədi" Bu gün, 10:48 Qobustanda top mərmisi tapılıb Bu gün, 10:48 Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi Bu gün, 09:48 Dünya bazarında neftin qiyməti ucuzlaşıb Bu gün, 09:48 Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq Bu gün, 09:48 Elçin Əmirbəyov Çində mühüm müzakirələr aparıb Bu gün, 09:48 "Nə? Harada? Nə zaman?"ın ulduzu Rövşən Əsgərovla bağlı cinayət işi Rusiya məhkəməsində araşdırılacaq Bu gün, 09:48 Yadplanetlilər həqiqətən Yerə gəlib? Bu gün, 09:48 Ramiz Mehdiyev hökmdən narazıdır - Daha yüngül cəza istəyir Bu gün, 09:48 Azərbaycanda bələdiyyə sədri qəfil VƏFAT ETDİ Bu gün, 08:48 Üç uşaq atası ilə birlikdə meyiti tapılan qadın kimdir? Bu gün, 08:48 Dünya bazarında qızıl ucuzlaşmaqda davam edir - Qiymət 3 800 dollara yaxınlaşıb Bu gün, 08:48 "Embawood"un anbarında ölüm hadisəsi olub Bu gün, 08:48 Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı Bu gün, 00:48 Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib Bu gün, 00:48 Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları Bu gün, 00:48 Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı Bu gün, 00:48 İsmayıllı-Lahıc yolunda uçqun olub: Hərəkət dayanıb Dünən, 23:49 Müzəffər İsayev vəfat etdi Dünən, 23:49 ABŞ Keşm adasına raket zərbəsi endirdi Dünən, 23:49 Kürdəmirdə ailənin evi əşyaları ilə birlikdə külə döndü: "30 ilin zəhməti 30 dəqiqəyə yox oldu" Dünən, 23:48 Rusiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum oldu Dünən, 23:48 Gürcüstandan maşın almaq istəyənlərin nəzərinə Dünən, 23:48 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər Dünən, 23:48 Ağır qəza baş verdi - Ölən və xəsarət alanlar var Dünən, 22:48 Uşağa qulluğa görə müavinət bu şəxslərə verilməyə bilər - Yeni qayda Dünən, 22:48 "İstək" MMC-də saxta köçürmələr və milyonluq pul iddiası: Şirkət daxilində nə baş verib? Dünən, 22:48 Elektromobillərin təkərləri niyə tez sıradan çıxır - Səbəb məlum oldu Dünən, 22:48 Bədbəxt hadisə nəticəsində ölən Elvinin fotosu Dünən, 22:48 Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir Dünən, 21:48 Maaşını kartla alanların NƏZƏRİNƏ - 2027-ci il aprelin 1-dən... Dünən, 21:48 Qaz xətti qırıldı, evə ziyan dəydi: Ağacın aşmasında şirkət günahkardır? Dünən, 21:48 ABŞ-də benzin qiymətləri ən aşağı səviyyəyə düşdü Dünən, 21:48 Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər Dünən, 21:48 Bakıda sakinlər su əvəzinə hava alır, sayğac isə pul hesablayır – ŞİKAYƏT Dünən, 20:48 Saatlıq əməkhaqqı gəlir: Kimlər daha yüksək maaş alacaq? Dünən, 20:48 "Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar? Dünən, 20:48 Bakıda sürücülər tıxacdan yayınmaq üçün səkiyə çıxırlar – QAYDA POZUNTUSU Dünən, 20:48 Türkan Şoray: "Yeşilçam yoxluqlar içində möcüzələr yaradırdı" Dünən, 20:48 Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir Dünən, 20:48 İranın Qeşm adasında silsilə partlayışlar baş verib Dünən, 19:48 Azərbaycanın U-21 millisi Omanın U-23 komandası üzərində qələbə qazanıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR