
Baku TV-nin rusdilli redaksiyası - Baku TV RU yaranmasının beşilliyini qeyd edir.
BAKU.WS xəbər verir ki, 2021-ci ildə fəaliyyətə başlayan kanal qısa müddətdə rəqəmsal mediada əhəmiyyətli uğurlara imza atıb.
İlk dövrlərdə ay ərzində cəmi bir neçə yüz min baxış toplayan Baku TV RU-nun bu göstəricisi 2024-cü ildə 50 milyona çatıb. Həmin il kanalın "YouTube" platformasındakı abunəçilərinin sayı bir milyonu ötüb. Son iki ildə isə ümumi baxış sayı bir milyard həddinə yaxınlaşıb.
Baku TV RU-nun əsas missiyalarından biri də rusdilli auditoriyanı Azərbaycanda baş verən hadisələr, eləcə də ölkəmizin beynəlxalq mövqeyi barədə obyektiv və dolğun məlumatlandırmaqdır.
BAKU.WS kollektivi olaraq həmkarlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.