
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Minskdə (Belarus) Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvili ilə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın aktual məsələləri, xüsusilə ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.
Görüşün yekunlarına görə bir sıra praktiki razılaşmalar əldə olunub. Bundan əlavə, iştirakçılar Moskva və Tbilisi arasında münasibətlərin gələcək inkişaf maraqları naminə təmasları davam etdirmək barədə razılığa gəliblər.
Hər iki nümayəndə heyətinin rəhbərləri görüşün təşkilində göstərdiyi köməyə görə Belarus tərəfinə minnətdarlıqlarını bildiriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.