
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin edilib.
Elxan Nəcəfov müxtəlif dövrlərdə təhsil müəssisələrində müəllim kimi çalışıb, eyni zamanda 2017-2022-ci illərdə müxtəlif ali təhsil müəssisələrində də pedaqoji fəaliyyətlə məşğul olub.
2022-2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini olub.
2024-2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.