Dünən, 10:48 183

Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb

"Dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olundum. Mənə göstərdiyi etimada görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".

AVESTA.AZ xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.

"Bu təyinat mənim üçün böyük şərəfdir. Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən hiss etmişəm. Bu illər ərzində bizə güvənən hər kəsə və bütün vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm.

Dünən DİM-də doğma kollektivimlə sağollaşdım. Birlikdə keçirdiyimiz illəri düşünəndə yadıma bu sistemi addım-addım qurduğumuz günlər düşdü. Bəzən bir məsələnin həllini tapmaq üçün səhərə qədər işləyirdik. Bu gün isə o gecələrdə çiyin-çiyinə çalışıb qurduğumuz, hər kəs üçün açıq, şəffaf və əlçatan sistemi ürək rahatlığı ilə həmkarlarıma həvalə edirəm.

1999-cu ildə ilk dəfə internet vasitəsilə vətəndaşlara məlumat çatdırdığımız günləri yaxşı xatırlayıram. O vaxt bu, bizim üçün həm yenilik idi, həm də çətin bir iş. Sonralar da belə işlərdən çəkinmədik. İstəyirdik ki, ölkənin harasında yaşamasından asılı olmayaraq, hər kəs imtahanın qaydalarını aydın bilsin, lazım olan məlumatı özü tapa bilsin və nəticəsinə etibar etsin. Bu işə hamımız könlümüzü qoyduq.

İlk illərdən yanımda olan həmkarlarıma da, son illərdə bizə qoşulanlara da ürəkdən təşəkkür edirəm. Yeni həmkarlarımızın "Bunu başqa cür edə bilərikmi?" sualı ilə başlayan neçə söhbətimiz sonradan birgə gördüyümüz işə çevrildi. İllərin təcrübəsi ilə onların həvəsi bir araya gələndə mən özüm də çox şey öyrəndim. Sizinlə işləməkdən həmişə zövq almışam. Bu gün bunu bir daha demək istədim.

Yeni fəaliyyətimə böyük vədlərlə başlamaq istəməzdim. İllər boyu gənclərin universitetə gedən yolunda çalışmışam. İlk addımlarımız mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olmalıdır.

Universitetdə yaradılmış bütün dəyərli nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir. Bununla yanaşı, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri yalnız peşəyə deyil, həm də ölkənin gələcəyi üçün müstəqil qərar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır.

İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər. Bundan sonrakı işimdə də bunun üçün əlimdən gələni edəcəyəm".

Paylaş

Xəbər lenti

Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib Bu gün, 11:48 Beyin qocalmasının qarşısını almağın sadə yolu açıqlandı Bu gün, 11:48 Rusiyada hovuzda xlor sızması: 15 nəfər zəhərləndi Bu gün, 11:48 Hövsanda maşın şirniyyat mağazasına çırpılıb Bu gün, 11:48 Osimhen "Mançester Yunayted"ə gedir? - İngilislərdən transfer iddiası Bu gün, 11:48 Harri Keyn 3 ay yaşıl meydanlardan uzaq qala bilər Bu gün, 11:48 Bakıda 74 yaşlı kişi futbol oynayarkən stadionda ölüb Bu gün, 11:48 Polis yola çıxan sürücülərə müraciət edib Bu gün, 11:48 Braziliyada güclü qasırğa: 3 nəfər ölüb, 60-dan çox insan yaralanıb Bu gün, 11:48 İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub Bu gün, 11:48 Uşağına aliment ödəməyən qadın cəzalandırıldı Bu gün, 11:48 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub Bu gün, 09:48 Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib Bu gün, 09:48 İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub Bu gün, 09:48 Türkiyədə 24 vilayət üçün hava xəbərdarlığı edilib Bu gün, 09:48 Mənzildən yüksəkrütbəli zabitin meyitinin tapılmasının təfərrüatı Bu gün, 09:48 Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa Bu gün, 09:48 Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub Bu gün, 08:48 Şəhid ailələri və qazilərin yaşadığı məhəllədə təhlükə: "Uşağı az qala tülkü aparacaqdı" Bu gün, 00:48 Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti Bu gün, 00:48 ABŞ Prezidenti: İran məni qane edəcək şərtlərlə saziş bağlamağa hələ hazır deyil Bu gün, 00:48 ABŞ lideri: Putin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çalışır Bu gün, 00:48 Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər Bu gün, 00:48 Tanınmış həkim həbs olundu Bu gün, 00:48 Azərbaycanın üç ABŞ universiteti ilə aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub Bu gün, 00:48 "Haber Global"da müzakirə: Orta dəhliz hazırda bütün dünyaya nəfəs aldıracaq bir sahə açır Dünən, 22:48 Dövlət Xidməti: Uşaq Fondunun "Hökumət evi"ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub Dünən, 22:48 Xocalı soyqırımında səkkiz aylıq hamilə gəlini öldürülən, əsirlikdə ağır işgəncələr görən Salman Abbasov vəfat etdi Dünən, 22:48 Bakıda villada qanlı hadisə Dünən, 22:48 Tramp ABŞ, Rusiya və Çin liderlərinin görüşünü "üçlük sammiti" adlandırıb Dünən, 22:48 UKMTO: Yəmən yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb Dünən, 21:48 Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb Dünən, 21:48 Şahin Əliyev: "Rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyimiz güclənir" Dünən, 21:48 BDU tələbələri Məleykə Abbaszadədən nə gözləyirlər? Dünən, 21:48 Qubanın iki kəndini rayon mərkəzi ilə birləşdirən yol yararsız vəziyyətə düşüb Dünən, 21:48 Bakı və London hərbi əməkdaşlığı genişləndirir: Yeni bəyannamə nəyi dəyişəcək? Dünən, 20:48 Bakıda mağazadan oğurluğa cəhd edən qadınların kimliyi müəyyənləşdi Dünən, 20:48 Fərda İmanov vəzifəsindən azad olundu Dünən, 20:48 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir Dünən, 20:48 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib Dünən, 19:48 Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib Dünən, 19:48 "Eternity-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Dünən, 19:48 Azərbaycanla Vyetnam arasında münasibətlərdə yeni mərhələ: "Haber Global"dan xüsusi süjet Dünən, 19:48 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb Dünən, 19:48 Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə gəlib Dünən, 18:48 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? Dünən, 18:48 İstanbul-Bakı aviareysi ilə gələn sərnişindən 60 min manatlıq mallar aşkar olunub Dünən, 18:48 MŞ-nin komissiya sədri media müsabiqələri ilə bağlı yenilikləri izah edib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR