
Sabirabad rayonunda 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması ilə bağlı araşdırmalara başlanılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 19-da rayonun Cavad kəndində qeydə alınıb.
Məlumata görə, ata 2011-ci il təvəllüdlü qızının 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırılması barədə polisə müraciət edib. Onların tapılması istiqamətində axtarış elan olunub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.