Bu gün, 16:48 74

Vyetnam mediası Azərbaycan Prezidentinin bu ölkəyə səfərini diqqət mərkəzində saxlamaqdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri bu ölkənin aparıcı dövlət informasiya agentliklərinin, partiya nəşrlərinin, teleradio şirkətlərinin və xəbər portallarının diqqət mərkəzində qalmaqdadır.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, portallar dövlətimizin başçısının Vyetnamın rəhbər şəxsləri ilə danışıqları, görüşləri, eləcə də ikitərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri ilə bağlı çoxsaylı məlumatlar yayırlar.

Mərkəzi partiya qəzeti "Nyan Zan", Vyetnam Kommunist Partiyasının elektron portalı "dangcongsan.vn", parlamentin rəsmi nəşri "Xalq nümayəndələri", "Vyetnamın səsi" radiostansiyası, Vyetnam İnformasiya Agentliyi, "Vietnam.vn" portalı və "Báo Mới" xəbər aqreqatoru Prezident İlham Əliyevin Hanoyda parlament binasında Vyetnam Milli Assambleyasının sədri Çan Tan Manilə görüşü barədə geniş xəbərlər və fotoreportajlar dərc ediblər. Materiallarda iki dövlət arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün parlamentlərarası dialoqun əhəmiyyəti vurğulanır.

Vyetnam mediası Azərbaycan Prezidentinin bu ölkəyə səfərini diqqət mərkəzində saxlamaqdadır

"Nhân Dân", VOV, "VietnamPlus", "Báo Tin tức và Dân tộc", Vyetnam İnformasiya Agentliyinin ingilisdilli vnanet.vn resursu, "Vietnam.vn" və "Báo Mới" Azərbaycan Prezidentinin Vyetnamın Baş naziri Le Minh Hunq ilə danışıqlarına da geniş diqqət ayırıblar. Media resursları görüşdən fotomateriallar təqdim edib, müzakirə olunan məsələlərlə bağlı təhlillər hazırlayıb, tərəflərin iqtisadi-ticari və investisiya sahələrində praktiki əməkdaşlığı genişləndirmək niyyətində olmaqları ilə bağlı fikirlərini oxucuların diqqətinə çatdırıblar.

Vyetnam mediası Azərbaycan Prezidentinin bu ölkəyə səfərini diqqət mərkəzində saxlamaqdadır

İnformasiya resurslarının xəbər lentində dövlətimizin başçısının paytaxt Hanoyda "İnqilab şəhidləri" abidəsinin önünə əklil qoyması mərasimi, həmçinin Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət etməsi barədə xüsusi reportajlar da yer alıb.

Vyetnam mətbuatında səfərlə əlaqədar ikitərəfli münasibətlərin tarixinə və gələcəyinə həsr olunmuş analitik və icmal xarakterli məqalələr də dərc edilib. Belə ki, "PetroTimes" nəşrində yayımlanan "Bakı - Hanoy: 67 illik vahid enerji mənbəyi" sərlövhəli məqalədə Azərbaycan və Vyetnam arasında neft-qaz və energetika sahələrində uzunillik əməkdaşlığın tarixi nəzərdən keçirilir. Eyni zamanda, ingilisdilli "Vietnam Law & Legal Forum" jurnalı "Vyetnam və Azərbaycan strateji tərəfdaşlığı məzmunlu şəkildə inkişaf etdirmək niyyətindədir" başlıqlı materialında iki ölkə arasındakı siyasi dialoqun və strateji tərəfdaşlığın konkret layihələrlə zənginləşdirilməsi istiqamətində atılan addımları təhlil edir. Yazıda diplomatik əlaqələrin 1992-ci ilin sentyabrında qurulmasından bəri əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndiyi, ticarət dövriyyəsinin 2025-ci ildə təxminən 150 milyon ABŞ dollarına çatdığı vurğulanır. Materialda həmçinin Vyetnamın ölkəmizdəki səfiri Danq Min Xoyun fikirlərinə istinadla Azərbaycanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa bazarlarına, Vyetnamın isə ASEAN bazarına çıxış baxımından mühüm logistika və ticarət qapısı rolu oynaya biləcəkləri, eləcə də nəqliyyat-logistika, rəqəmsal transformasiya, yüksək texnologiyalı kənd təsərrüfatı və təhsil sahələrində yeni imkanların mövcud olduğu bildirilir.

Qeyd edək ki, Vyetnamın media resursları Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərinə dair silsilə materiallar hazırlamaqda davam edir.

Paylaş

Xəbər lenti

Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb Bu gün, 16:48 Azercell-in "30 il səninlə" lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı! Bu gün, 16:48 Tahir Abdullayev çəki salmaqdan imtina etdi: Qazancının bir hissəsindən məhrum oldu Bu gün, 16:48 Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüb Bu gün, 16:48 SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqinə başçılıq edib Bu gün, 16:48 Vyetnam mediası Azərbaycan Prezidentinin bu ölkəyə səfərini diqqət mərkəzində saxlamaqdadır Bu gün, 16:48 IX sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur Bu gün, 16:48 İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinə dair videoçarx Bu gün, 16:48 Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək - 2030-cu ilədək Bu gün, 16:48 Bakıda yeni avtobus marşrutu fəaliyyətə başlayır Bu gün, 16:48 Azərbaycanda nikahlar azalıb, boşanmaların sayı isə... Bu gün, 16:48 Əhaliyə VACİB XƏBƏRDARLIQ - Yağış və qar yağacaq Bu gün, 16:48 AMEA-nın strukturunda dəyişiklik edilib Bu gün, 15:48 AZAL iki beynəlxalq mükafata layiq görülüb Bu gün, 15:48 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu Bu gün, 15:48 Beynəlxalq Ombudsmanlar Forumu Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqını təsis edir Bu gün, 15:48 Adəm Məmmədova yenidən cinayət işi açıldı Bu gün, 15:48 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır: Yeni qaydalar Bu gün, 15:48 Məşhur müğənni bir neçə gün sonra ailə qurur Bu gün, 15:48 Bakıda iki maşın bir-birinə çırpıldı Bu gün, 15:48 Taksi minik avtomobili sürücülərinin test imtahanı dekabrın 3-də keçiriləcək Bu gün, 15:48 Gülay "Düz deyil"i təqdim etdi Bu gün, 14:48 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq Bu gün, 14:48 Quba Soyqırımı Muzeyi ölkə əhəmiyyətli abidələr siyahısına salındı Bu gün, 14:48 "Barselona"nın Bakıya gəliş tarixi BİLİNDİ Bu gün, 14:48 Arzu Əliyeva və Leyla Əliyeva Hanoyda Bu gün, 14:48 İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb Bu gün, 14:48 Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb Bu gün, 14:48 Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib Bu gün, 13:48 Şənbə günü Azərbaycanda 21° dərəcə isti olacaq Bu gün, 13:48 Qusarda hoteldə təlim keçirildi Bu gün, 13:48 Perihan Savaş: "İnsan öz anası olduğu halda qayınanasına ana deməz" Bu gün, 13:48 Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı Bu gün, 13:48 "GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı Bu gün, 13:48 Bu ölkədə 6 günlük iş rejimi ləğv edilir Bu gün, 12:48 Almaniyadan gələn nəqliyyat vasitəsində bəyan edilməyən mallar aşkarlanıb Bu gün, 12:48 Türkiyədə "fond qalmaqalı"ndakı əsas ADLAR AÇIQLANDI Bu gün, 12:48 Xaçmazda qanunsuz balıq ovlayan şəxslərdən 29 nərə balığı götürüldü Bu gün, 12:48 "Anthropic" əməkdaşlarının 96 faizi milyonçu oldu Bu gün, 12:48 Sabir Zeynalov parataekvondo üzrə dünya çempionu olub Bu gün, 12:48 Qeyri-adi qida qanda şəkərin səviyyəsini azaltmağa kömək edə bilər Bu gün, 12:48 Əməkdar artistin yaşadığı küçə gölə çevrildi Bu gün, 12:48 Azərbaycan Vyetnamdan 9 ayda 73 milyon dollarlıq smartfon idxal edib Bu gün, 12:48 Ucarda qəza olub - Xəsarət alanlar var Bu gün, 12:48 Husilər Ər-Riyadın maliyyə mərkəzini HƏDƏF ALDI: Ən hündür göydələnə ziyan dəydi Bu gün, 11:48 Son bir həftədə nar məhsulları ilə bağlı 21 pestisid bildirişi daxil olub Bu gün, 11:48 Jurnalist müsabiqəsində bəyənmə, şərh və paylaşım sayı da nəzərə alınacaq Bu gün, 11:48 Əri öləndən sonra ağır sarsıntı keçirən qadın da dünyasını dəyişib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR