Bu gün, 15:48 22

Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır: Yeni qaydalar

Azərbaycanda həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnun plan-ölçü sənədi əsasında da verilməsi nəzərdə tutulur.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Mülki Məcəlləyə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Dəyişiklik "Torpaq islahatı haqqında" Qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur.

Sözügedən qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaqlara ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələr tərtib edilirdi. Bu proses 2006-cı il iyulun 6-dək davam edib. Lakin həmin vaxtdan etibarən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə komitə tərəfindən vətəndaşlara torpaq sahəsinin plan-ölçüsünün verilməsinə başlanılıb.

Nəticədə, vətəndaşların bir qismi 2006-cı il iyulun 6-dək şəhadətnamə aldığı halda, digər qismi həmin müddətədək müraciət etmədiyindən, onlara mülkiyyət hüququnu təsdiqləyən sənəd əvəzinə yalnız texniki xarakterli plan-ölçü verilib.

Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmur. Halbuki hər iki halda sahə vətəndaşlara torpaq islahatı çərçivəsində verilib. Beləliklə, eyni hüquqi əsasla torpaq sahəsi əldə etmiş vətəndaşlardan bir qismi mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamə, digər qismi isə yalnız texniki xarakterli plan-ölçü əldə edib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmaqla ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006-2015-ci illərdə plan-ölçü tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə özünü göstərib.

Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-dək olan dövrdə "Torpaq islahatı haqqında" Qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir. Bununla da eyni hüquqi əsaslarla torpaq sahələri əldə etmiş, lakin müxtəlif sənədlərlə təmin olunmuş vətəndaşlar arasında hüquqi vəziyyətin eyniləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi əsasın yaradılması təmin olunacaq.

Paylaş

Xəbər lenti

AMEA-nın strukturunda dəyişiklik edilib Bu gün, 15:48 AZAL iki beynəlxalq mükafata layiq görülüb Bu gün, 15:48 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu Bu gün, 15:48 Beynəlxalq Ombudsmanlar Forumu Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqını təsis edir Bu gün, 15:48 Adəm Məmmədova yenidən cinayət işi açıldı Bu gün, 15:48 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır: Yeni qaydalar Bu gün, 15:48 Məşhur müğənni bir neçə gün sonra ailə qurur Bu gün, 15:48 Bakıda iki maşın bir-birinə çırpıldı Bu gün, 15:48 Taksi minik avtomobili sürücülərinin test imtahanı dekabrın 3-də keçiriləcək Bu gün, 15:48 Gülay "Düz deyil"i təqdim etdi Bu gün, 14:48 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq Bu gün, 14:48 Quba Soyqırımı Muzeyi ölkə əhəmiyyətli abidələr siyahısına salındı Bu gün, 14:48 "Barselona"nın Bakıya gəliş tarixi BİLİNDİ Bu gün, 14:48 Arzu Əliyeva və Leyla Əliyeva Hanoyda Bu gün, 14:48 İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb Bu gün, 14:48 Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb Bu gün, 14:48 Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib Bu gün, 13:48 Şənbə günü Azərbaycanda 21° dərəcə isti olacaq Bu gün, 13:48 Qusarda hoteldə təlim keçirildi Bu gün, 13:48 Perihan Savaş: "İnsan öz anası olduğu halda qayınanasına ana deməz" Bu gün, 13:48 Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı Bu gün, 13:48 "GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı Bu gün, 13:48 Bu ölkədə 6 günlük iş rejimi ləğv edilir Bu gün, 12:48 Almaniyadan gələn nəqliyyat vasitəsində bəyan edilməyən mallar aşkarlanıb Bu gün, 12:48 Türkiyədə "fond qalmaqalı"ndakı əsas ADLAR AÇIQLANDI Bu gün, 12:48 Xaçmazda qanunsuz balıq ovlayan şəxslərdən 29 nərə balığı götürüldü Bu gün, 12:48 "Anthropic" əməkdaşlarının 96 faizi milyonçu oldu Bu gün, 12:48 Sabir Zeynalov parataekvondo üzrə dünya çempionu olub Bu gün, 12:48 Qeyri-adi qida qanda şəkərin səviyyəsini azaltmağa kömək edə bilər Bu gün, 12:48 Əməkdar artistin yaşadığı küçə gölə çevrildi Bu gün, 12:48 Azərbaycan Vyetnamdan 9 ayda 73 milyon dollarlıq smartfon idxal edib Bu gün, 12:48 Ucarda qəza olub - Xəsarət alanlar var Bu gün, 12:48 Husilər Ər-Riyadın maliyyə mərkəzini HƏDƏF ALDI: Ən hündür göydələnə ziyan dəydi Bu gün, 11:48 Son bir həftədə nar məhsulları ilə bağlı 21 pestisid bildirişi daxil olub Bu gün, 11:48 Jurnalist müsabiqəsində bəyənmə, şərh və paylaşım sayı da nəzərə alınacaq Bu gün, 11:48 Əri öləndən sonra ağır sarsıntı keçirən qadın da dünyasını dəyişib Bu gün, 11:48 Aqressiv sərnişin avtobusda qorxu dolu anlar yaşatdı - Şüşəni sındırıb qaçdı Bu gün, 11:48 Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu Bu gün, 11:48 Murat Bozun bu jesti gündəm oldu Bu gün, 11:48 "Trendyol"da "Əfsanə günlər " başlayır Bu gün, 11:48 AKİA sədri Yalçın Camalov: Aqrar kredit kooperativləri və onların ittifaqı yaradılacaq Bu gün, 11:48 Gəncədə palata yoldaşını öldürən şəxs məcburi psixiatrik müalicəyə göndərildi Bu gün, 11:48 Baku TV İlham Əliyevin Vyetnamın tarixi məkanlarını ziyarət etməsi ilə bağlı süjet hazırlayıb Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 98 dolları ötüb Bu gün, 10:48 Paytaxt rayonlarında qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı Bu gün, 10:48 Sabiq nazirə vəzifə verildi Bu gün, 10:48 20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günüdür Bu gün, 10:48 Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR