
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazanıb.
AVESTA.AZ xəbər verir ki, Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında K44 kateqoriyasının 58 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançımız finalda son Paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edərək dünya çempionu olub.
Zeynalov finala qədər Hindistan təmsilçisi Mohit Singh, Monqolustan idmançısı Tyemirbyek Khaulyet və Taypey təmsilçisi Xiao Xiang-wen üzərində qələbə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.