
Braziliyada həftədə 6 günlük iş rejimi ləğv edilir.
AVESTA.AZ xəbər verir ki, prezident Luiz İnasio Lula da Silva işçilərin həftədə 6 gün işləyib 1 gün istirahət etməsini nəzərdə tutan "6x1" əmək sisteminin ləğvi ilə bağlı fərman imzaladığını bəyan edib.
Yeni qaydalara əsasən, əməkhaqlarında heç bir azalma olmadan işçilərin həftəlik istirahət günlərinin sayı ikiyə çatdırılacaq.
İş vaxtının azaldılmasını nəzərdə tutan qanun 16 dekabr tarixindən etibarən qüvvəyə minəcək.
Sosial şəbəkə hesabında paylaşım edən dövlət başçısı bu addımı Braziliya əməkçiləri üçün tarixi nailiyyət kimi dəyərləndirib.
"Maaşlarda heç bir kəsir olmadan həftədə iki gün istirahət. Bu gün "6x1" iş sisteminə son qoyan fərmanı imzaladım. Bu, hökumətimizin qətiyyəti və dəstəyi ilə qazanılmış Braziliya fəhlə sinfinin tarixi zəfəridir" -deyə o bildirib.
Lula da Silva çıxışında insanların ailələrinə, övladlarına, istirahətə və ictimai həyata vaxt ayırmasının vacibliyini xüsusi vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.