
Süni intellekt modeli "Claude"un yaradıcısı "Anthropic" şirkətinin birjaya çıxması əməkdaşlarına böyük sərvət qazandırıb.
AVESTA.AZ xəbər verir ki, 19 noyabrda Nasdaq birjasında "ANT" kodu ilə ticarətə başlayan şirkətin bazar dəyəri ilk günün sonunda 1,76 trilyon dollara çatıb.
Məlumata görə, 5 300 əməkdaşı olan şirkətdə təxminən 5 100 nəfərin səhmlərinin dəyəri 1 milyon dolları ötüb. Onlardan 2 800-ü 10 milyon dollardan, 600-ü isə 100 milyon dollardan artıq səhm sərvətinə sahib olub.
Qeyd edək ki, şirkətə daha əvvəl qoşulan əməkdaşlar səhm paylarına görə daha çox qazanc əldə ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.