Bu gün, 17:48 40

Noyabrın 20-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışı keçirilib.

AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən yarış Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır.

Builki bilik yarışında respublikanın 50 ali təhsil müəssisəsini təmsil edən komandalar iştirak edib. Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin komandaları isə layihəyə ilk dəfə qoşulublar.

Yarış zamanı komandalara hər suala cavab vermək və müzakirə aparmaq üçün 60 saniyə vaxt ayrılıb. İştirakçıların cavabları Heydər Əliyev Mərkəzi, Təhsilin İnkişafı Fondu və AMEA-nın Tarix və Etnologiya İnstitutunun nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Bilik yarışının nəticələrinə əsasən, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası birinci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası ikinci, Bakı Dövlət Universitetinin komandası isə üçüncü yeri tutub.

Mükafatlandırma mərasimində qaliblərə sertifikatları Alyona Əliyeva və elm və təhsil nazirinin müavini Firudin Qurbanov təqdim ediblər.

Yarışın qalibi olan Polis Akademiyasının komandasının üzvü, IV kurs kursantı Ramazan Əliyev təəssüratını bölüşərkən komanda olaraq bilik mübarizəsinə ciddi hazırlaşdıqlarını vurğulayıb:

"Komandamız ötən il olduğu kimi, bu il də yarışa ciddi hazırlaşmışdı. İlk turda mübarizə kifayət qədər bərabər getsə də, ikinci turda mövqeyimizi ortaya qoymağı bacardıq. Suallar arasında asan, orta və yüksək çətinlik dərəcəli olanlar var idi. Düşünürəm ki, komandamız onların öhdəsindən uğurla gəldi. Komandamla və Polis Akademiyasının təmsilçisi olmağımla fəxr edirəm".

Bilik yarışında ilk dəfə iştirak edən Qarabağ Universitetinin tarix ixtisası üzrə III kurs tələbəsi Emil Quliyev universitetini bu layihədə təmsil etməyin onun üçün qürurverici olduğunu deyib:

"Qarabağ Universiteti olaraq bu mötəbər yarışda ilk dəfə iştirak etmək və universitetimizi təmsil etmək bizim üçün çox qürurvericidir. Bəzi suallarda çətinlik yaşasaq da, yaxşı nəticə əldə etməyə çalışdıq".

Qeyd edək ki, 2014-cü ildən təşkil olunan layihə gənclərin Azərbaycan tarixi və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında biliklərinin zənginləşdirilməsinə, vətənpərvərlik ruhunun və sağlam rəqabət ənənələrinin gücləndirilməsinə xidmət edir.

Paylaş

Xəbər lenti

Azərbaycan Premyer Liqası: "Zirə" XII turun açılış oyununda "İmişli" ilə heç-heçə edib Bu gün, 17:48 Beyin üçün faydalı olan 3 SUPER QİDA Bu gün, 17:48 Sabiq rektorun xanımı Nərman Qocatürkün ölümü ilə bağlı iddialara cavab verdi Bu gün, 17:48 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? Bu gün, 17:48 "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib Bu gün, 17:48 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı Bu gün, 17:48 ADSEA: Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək Bu gün, 17:48 Dünyanın ən yaraşıqlı kişisi hesab edilən bloqerə ağır ittihamlar irəli sürüldü Bu gün, 17:48 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb Bu gün, 16:48 Azercell-in "30 il səninlə" lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı! Bu gün, 16:48 Tahir Abdullayev çəki salmaqdan imtina etdi: Qazancının bir hissəsindən məhrum oldu Bu gün, 16:48 Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüb Bu gün, 16:48 SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqinə başçılıq edib Bu gün, 16:48 Vyetnam mediası Azərbaycan Prezidentinin bu ölkəyə səfərini diqqət mərkəzində saxlamaqdadır Bu gün, 16:48 IX sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur Bu gün, 16:48 İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinə dair videoçarx Bu gün, 16:48 Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək - 2030-cu ilədək Bu gün, 16:48 Bakıda yeni avtobus marşrutu fəaliyyətə başlayır Bu gün, 16:48 Azərbaycanda nikahlar azalıb, boşanmaların sayı isə... Bu gün, 16:48 Əhaliyə VACİB XƏBƏRDARLIQ - Yağış və qar yağacaq Bu gün, 16:48 AMEA-nın strukturunda dəyişiklik edilib Bu gün, 15:48 AZAL iki beynəlxalq mükafata layiq görülüb Bu gün, 15:48 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu Bu gün, 15:48 Beynəlxalq Ombudsmanlar Forumu Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqını təsis edir Bu gün, 15:48 Adəm Məmmədova yenidən cinayət işi açıldı Bu gün, 15:48 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır: Yeni qaydalar Bu gün, 15:48 Məşhur müğənni bir neçə gün sonra ailə qurur Bu gün, 15:48 Bakıda iki maşın bir-birinə çırpıldı Bu gün, 15:48 Taksi minik avtomobili sürücülərinin test imtahanı dekabrın 3-də keçiriləcək Bu gün, 15:48 Gülay "Düz deyil"i təqdim etdi Bu gün, 14:48 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq Bu gün, 14:48 Quba Soyqırımı Muzeyi ölkə əhəmiyyətli abidələr siyahısına salındı Bu gün, 14:48 "Barselona"nın Bakıya gəliş tarixi BİLİNDİ Bu gün, 14:48 Arzu Əliyeva və Leyla Əliyeva Hanoyda Bu gün, 14:48 İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb Bu gün, 14:48 Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb Bu gün, 14:48 Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib Bu gün, 13:48 Şənbə günü Azərbaycanda 21° dərəcə isti olacaq Bu gün, 13:48 Qusarda hoteldə təlim keçirildi Bu gün, 13:48 Perihan Savaş: "İnsan öz anası olduğu halda qayınanasına ana deməz" Bu gün, 13:48 Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı Bu gün, 13:48 "GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı Bu gün, 13:48 Bu ölkədə 6 günlük iş rejimi ləğv edilir Bu gün, 12:48 Almaniyadan gələn nəqliyyat vasitəsində bəyan edilməyən mallar aşkarlanıb Bu gün, 12:48 Türkiyədə "fond qalmaqalı"ndakı əsas ADLAR AÇIQLANDI Bu gün, 12:48 Xaçmazda qanunsuz balıq ovlayan şəxslərdən 29 nərə balığı götürüldü Bu gün, 12:48 "Anthropic" əməkdaşlarının 96 faizi milyonçu oldu Bu gün, 12:48 Sabir Zeynalov parataekvondo üzrə dünya çempionu olub Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR