Bu gün, 11:48 60

Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər

Azərbaycanda tikinti sektorunda 6,8 faizlik azalma qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qurumun məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,9 faiz artıb.

Bəs ümumi iqtisadi artıma baxmayaraq, tikinti sektorunda geriləmə hansı səbəblərdən qaynaqlanır?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər

"Tikinti layihələrinə icazələr təxminən 10 dəfə azalıb"

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadovun sözlərinə görə, tikinti sektorunda son illərdə ciddi geriləmə müşahidə olunur. O bildirir ki, Qarabağ iqtisadi rayonunda aparılan tikinti işlərini nəzərə almasaq, 2016-cı illə 2026-cı ili müqayisə etdikdə, yeni mülki tikinti layihələrinin sayında təxminən 9-10 dəfə azalma görmək mümkündür:

"2016-cı ildə Nazirlər Kabinetinin 86 saylı qərarı ilə Bakı şəhərində təxminən 100 tikinti layihəsinə başlanılıb, müvafiq sərəncamlar verilib və icazələr ayrılıb. Lakin 2026-cı ildə Bakı-Abşeron ərazisində yeni çoxmənzilli binaların tikintisinə verilən icazələrin sayı il ərzində 10-dan da az olub. Bu, 2016-cı illə müqayisədə təxminən 10 dəfə azalma deməkdir".

Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər

Ekspert qeyd edir ki, 2019-cu ildən etibarən tikinti şirkətlərinə verilən icazələrin sayı kəskin azalıb. Onun sözlərinə görə, çoxmənzilli binaların tikintisi ilə bağlı səlahiyyətlərin 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsindən sonra da bu istiqamətdə ciddi azalma müşahidə olunub:

"Hazırda tikinti bazarında əsasən bir neçə iri şirkət aktivdir. Kiçik və orta şirkətlər isə yeni layihələr üçün icazə almaqda çətinlik çəkirlər. Bəzi layihələr əvvəlki illərdə verilmiş sərəncamlar və icazələr əsasında həyata keçirilir. Digər şirkətlər isə uzun illərdir yeni layihələr üçün icazə gözləyirlər, lakin ala bilmirlər".

Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər

Rəqabətin zəifləməsi qiymətlərə necə təsir edir?

Ekspert hesab edir ki, Bakıda son 5-6 ildə rəqabətin zəifləməsi daşınmaz əmlakın qiymətlərinin artmasına da təsir göstərir. Onun sözlərinə görə, mənzillərin hər il 12-15 faiz bahalaşması ilə bağlı fikirlər səsləndirilsə də, bu istiqamətdə ciddi tədbirlər görülmür:

"Bir tərəfdən dövlət tərəfindən ipoteka və digər vətəndaş ehtiyacları üçün böyük həcmdə vəsait ayrılır, digər tərəfdən isə həm iş adamlarının, həm də vətəndaşların daşınmaz əmlaka yönəltdiyi investisiyalar bu sahədə böyük həcmdə vəsaitin cəmləşməsinə səbəb olur. Belə bahalaşma digər sahələrin inkişafına da maneə yaradır".

"Hər il 48-50 min yeni ailənin mənzilə ehtiyacı yaranır"

Əmlak eksperti Firdovsi Xəlilov isə bildirir ki, tikinti sektorunda 6,8 faizlik azalmanı mənzil tikintisinin eyni nisbətdə azalması kimi qiymətləndirmək düzgün deyil. Çünki tikinti sahəsinə yaşayış binaları ilə yanaşı, sənaye obyektləri, yollar, körpülər və digər infrastruktur layihələri də daxildir:

"2026-cı ilin yanvar-oktyabr aylarında ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 16 milyard 520 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çoxdur. Vəsaitin 2,38 milyard manatı yaşayış evlərinin tikintisinə yönəldilib. Beləliklə, ümumi investisiyaların 14,4 faizi bu sahənin payına düşüb. Ümumi investisiyalar artsa da, yaşayış evlərinin tikintisinə yönəldilən vəsait 4,8 faiz azalıb. Bu göstəriciyə əsaslanaraq mənzilə tələbatın azaldığını söyləmək doğru olmaz. Təxmini hesablamalarımıza görə, Azərbaycanda hər il 48-50 min yeni ailənin mənzilə ehtiyacı yaranır".

Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər

Əsas problem mənzil təklifinin qiymətindədir

Firdovsi Xəlilovun fikrincə, mənzil bazarında əsas problem ümumi təklifin azlığından daha çox, mövcud mənzillərin qiyməti ilə əhalinin alıcılıq qabiliyyəti arasındakı uyğunsuzluqdur: "Bu gün Bakıda 300 min manatdan yuxarı qiymətə kifayət qədər geniş mənzil təklifi var. Lakin mənzilə ən böyük ehtiyacın olduğu aşağı və orta qiymət seqmentlərində seçim imkanları məhduddur. Azərbaycanda mənzilə ən böyük potensial tələb məhz bu seqmentlərdə cəmləşib. Xüsusilə 100 min manata qədər qiyməti olan, uzunmüddətli və əlçatan maliyyələşmə şərtləri ilə əldə edilə bilən mənzillərə ciddi ehtiyac var. Bazarın təklifi əhalinin böyük hissəsinin alıcılıq qabiliyyətinə uyğun deyil".

Yeni yaşayış layihələrinin həyata keçirilməsinə təsir edən amillərə gəlincə, ekspert torpaq sahələrinin qiymətini, tikinti sıxlığına dair normativləri, tikinti materiallarının və işçi qüvvəsinin dəyərini, vergi yükünü, layihələrin hazırlanması və razılaşdırılması müddətlərini, eləcə də tikinti şirkətlərinin maliyyə resurslarına çıxış imkanlarını qeyd edir.

Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər

Tikinti sektorundakı geriləmə mənzil qiymətlərinə təsir göstərə bilər

Tikinti sektorundakı azalmanın mənzil qiymətlərinə mümkün təsirinə gəlincə, ekspert yaxın dövrdə avtomatik ucuzlaşma gözləmədiyini bildirir. Onun fikrincə, yaşayış tikintisinə investisiyaların azalması və yeni layihələrin bazara çıxarılmasının zəifləməsi davam edərsə, bu, orta və uzunmüddətli dövrdə təklifin artımını məhdudlaşdıraraq qiymətlərə əlavə təzyiq göstərə bilər:

"Mənzil qiymətlərinin dinamikası təkcə tikinti həcmindən asılı deyil. Əhalinin real gəlirləri, kredit imkanları, tikinti xərcləri və bazardakı ödəmə qabiliyyətli tələb də qiymətlərin formalaşmasında mühüm rol oynayır. Mənzil bazarının növbəti inkişaf mərhələsində əsas diqqət yeni yaşayış layihələrinin qiymət strukturuna yönəldilməlidir. Daha çox mənzil tikintisinə ehtiyacımız var, amma bu ehtiyac bütün qiymət seqmentlərində eyni deyil. Əsas tələbat aşağı və orta gəlirli ailələrin əldə edə biləcəyi mənzillərədir. Bunun üçün daha münasib iqtisadi şərtlərlə həyata keçirilən yaşayış layihələrinin genişləndirilməsi, torpaq və infrastruktur təminatının, eləcə də uzunmüddətli maliyyələşmə mexanizmlərinin inkişaf etdirilməsi əhəmiyyətli olardı".

Paylaş

Xəbər lenti

Azərbaycanda 4-cü kurs tələbəsi VƏFAT ETDİ Bu gün, 11:48 Bakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər Bu gün, 11:48 Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağıb Bu gün, 11:48 Astarada qəza oldu, 5 kəndin qazın kəsildi Bu gün, 11:48 COP31-də yekun saziş üzrə yeni razılaşma layihəsi təqdim edildi Bu gün, 11:48 SEPAH Bəhreyndə ABŞ-yə məxsus iki hərbi bazanı hədəfə alıb Bu gün, 10:48 İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu Bu gün, 10:48 Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb Bu gün, 10:48 "İsraildə 5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu Bu gün, 10:48 İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib Bu gün, 09:48 Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat Bu gün, 09:48 Aeroport yolunda zəncirvari qəza Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XII tura 2 oyunla yekun vurulur Bu gün, 09:48 İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib Bu gün, 00:48 SEPAH ABŞ-ın Bəhreyndəki iki hərbi bazasına hücum edib Bu gün, 00:48 Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb Dünən, 23:48 Ağdama həsr olunan klip yayımlanıb Dünən, 23:48 İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar Dünən, 23:48 Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar Dünən, 23:48 Tramp: Ukraynada genişmiqyaslı atəşkəslə bağlı iş gedir Dünən, 22:48 Sevinc Maniyeva vəfat etdi Dünən, 22:48 Paşinyan TRIPP layihəsinin icrasına noyabrın 22-də yox, 23-də başlanılacağını açıqlayıb Dünən, 22:48 Bakıda "Lipid Məktəbi" keçirilib – dislipidemiyaların idarə olunmasında müasir yanaşmalar müzakirə edilib Dünən, 22:48 Əraqçi: Hörmüz boğazının yenidən açılması çətin məsələ deyil Dünən, 22:48 Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb Dünən, 22:48 Abort zamanı vəfat edən Yeganə həkim səhlənkarlığının qurbanı olub Dünən, 22:48 Makoley Kalkin yenidən "Evdə tək" filmində çəkiləcək Dünən, 22:48 Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb Dünən, 22:48 Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: "Dedilər ki, çəkin çoxdur" Dünən, 22:48 "Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı Dünən, 20:48 İlham Zəkiyev Qran-Pridə bürünc medal qazanıb Dünən, 20:48 Bəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək Dünən, 20:48 Milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanıldı Dünən, 20:48 Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib Dünən, 19:48 Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı - Rəsmi Dünən, 19:48 Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək Dünən, 19:48 Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib Dünən, 19:48 Qəribabadi: İranla ABŞ arasında danışıqlar aparılmır Dünən, 19:48 Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib Dünən, 19:48 İlham Əliyev: "Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" Dünən, 18:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad edib? - Rəsmi açıqlama Dünən, 18:48 Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib Dünən, 18:48 Emin Mahmudovun fotosu Nyu-Yorkun mərkəzindəki məşhur ekranda yayımlanıb Dünən, 18:48 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb Dünən, 18:48 Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif Dünən, 18:48 Azərbaycan ilk dəfə oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək Dünən, 18:48 Bakıda yolu keçmək istəyən 62 yaşlı qadını maşın vurdu Dünən, 18:48 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR