
Argentinanın "Boka Xuniors" klubunun futbolçusu Leandro Paredes komandasının Cənubi Amerika Kubokunun finalında qazandığı qələbədən sonra jurnalistlərə açıqlama verərkən qəfil huşunu itirib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "PaseClave" portalı məlumat yayıb.
Bildirilir ki, 32 yaşlı yarımmüdafiəçi hadisədən sonra xəstəxanaya aparılıb. Yerli mətbuatın yazdığına görə, futbolçu hələ qarşılaşma zamanı özünü narahat hiss edib. O, başgicəllənməsindən şikayətlənərək matçın 58-ci dəqiqəsində əvəzlənməsini istəyib.
Paredesin səhhətinin pisləşməsinə Kolumbiyanın Barrankilya şəhərində hökm sürən kəskin isti hava şəraitində qan təzyiqinin aşağı düşməsinin səbəb ola biləcəyi ehtimal edilir.
Hadisədən sonra futbolçu özünü yaxşı hiss etdiyini açıqlayıb və ona dəstək olan azarkeşlərə təşəkkürünü bildirib.
Qeyd edək ki, noyabrın 22-nə keçən gecə Kolumbiyada keçirilən final qarşılaşmasında "Boka Xuniors" Braziliyanın "Atletiko Mineyro" komandasını 2:0 hesabı ilə məğlub edib. Start heyətində meydana çıxan Paredes matçın 58-ci dəqiqəsində oyunu tərk edib.
???? Leandro Paredes se desmayó en vivo mientras era entrevistado en DSports Afortunadamente ya se encuentra bien https://t.co/SXF4agpotB
— Boca Juniors - La Número 12 (@lanumero12comar) November 22, 2026
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.