
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni obyektlərin bərpası istiqamətində İtaliya şirkətləri fəal iştirak edirlər.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə mətbuat üçün brifinqdə deyib.
Nazir bildirib ki, görüş zamanı bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan münasibətləri, azad olunmuş ərazilərdəki bərpa-quruculuq işləri barədə fikir mübadiləsi aparılıb: "Bu layiahələrdə bir sıra İtaliya şirkətləri fəal iştirak edirlər, hesab edirik ki, yeni layihələrin də şahidi olacağıq".
C.Bayramov, həmçinin qeyd edib ki, görüş zamanı beynəlxalq gündəmdəki münaqişələri dəyərləndirərək faydalı fikir mübadiləsi aparıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.