
İtaliyanın xarici işlər naziri Antonio Tayani Qanlı Yanvar hadisələrinin - 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda baş verənlərin səbəb olduğu insan tələfatının miqyasından dərindən sarsılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bəyan edib.
"Bu gün mən Şəhidlər xiyabanını ziyarət etdim və Qanlı Yanvar qurbanlarının sayından sarsıldım. Bu insanlar öz dövlətlərinin müstəqilliyi uğrunda mübarizə aparıblar. Ümid edirəm ki, bu alov həyatlarını fəda etmiş insanların xatirəsinin əbədi rəmzi olaraq qalacaq", - Tayani vurğulayıb.
O əlavə edib ki, Azərbaycan qan tökülməsinin və insan tələfatının qarşısının alınması istiqamətində ardıcıl mövqe nümayiş etdirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.