
Hacıqabulda 45 yaşlı kişi kanalizasiya quyusuna düşərək ölüb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Namiq Babayev kanalizasiya quyusuna düşərək dünyasını dəyişib.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mərhum fiziki əngəlli və epilepsiya xəstəsi olub. Ehtimal edilir ki, o, epilepsiya keçirərək kanalizasiya quyusuna düşüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.