
Sözügedən ünvanda yağış barmaqlığı naməlum şəxslər tərəfindən dəfələrlə oğurlanıb.
Bu barədə BAKU.WS-ə İri Şəhərlərin Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, bir müddət əvvəl barmaqlığın oğurlanması ilə əlaqədar əraziyə yeni barmaqlıq quraşdırılıb. Lakin bir neçə gün əvvəl eyni hal yenidən təkrarlanıb və barmaqlıq naməlum şəxs tərəfindən oğurlanıb.
"Məsələ ilə bağlı müvafiq sukanal idarəsi məlumatlıdır. Yaxın günlərdə yağış xətti yeni barmaqlıqla təmin ediləcək", - deyə məlumatda qeyd olunub.
***14:40
Bakının Nərimanov rayonu ərazisində kanalizasiya lyuku açıq vəziyyətdədir.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Bildirilib ki, söhbət Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Gənclik korpusu (II tədris binası) yaxınlığından gedir.
Gecə velosiped sürən xanım, açıq lyuk səbəbindən ərazinin qaranlıqda olduqca təhlükəli olduğunu xüsusi vurğulayıb.
Sözügedən videonu təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.