
Paytaxtın Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
AVESTA.AZ Axar.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən qadın Samir Hacıyev adına 5 nömrəli orta məktəbin ingilis dili müəllimi Gülnarə Abdullayevadır.
Onu səhər saatlarında piyada keçidinin üzərində avtomobilin vurduğu bildirilir. G.Abdullayeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
G.Abdullayeva Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı idi, həmçinin Əməkdar müəllim fəxri adına layiq görülmüşdü.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.