Bu gün, 22:48 85

Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar?

Azərbaycan məhkəmə-hüquq sistemində bəzi işlərin gedişatı zamanı ortaya çıxan "təsadüflər" ictimaiyyətdə ciddi suallar doğurur.

Qanunvericiliyə əsasən, ölkə məhkəmələrində işlər hakimlər arasında "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə tam avtomatik və təsadüfi qaydada bölüşdürülməlidir.

Lakin nə hikmətdirsə, Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyev və onun yaxın çevrəsi ilə bağlı məhkəmə çəkişmələri dövr edib məhz bu dairəyə yaxın şəxslərin icraatına düşür.

AVESTA.AZ Müsavat.com-a istinadən xəbər verir ki, bunun ən bariz nümunəsi şabranlı sahibkar Mansur İbrahimovun milyonlarla manat dəyəri olan biznesinin Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əlisəftər oğlu Əliyev tərəfindən zəbt edilməsi iddiası ilə bağlı məhkəmə prosesidir. Birinci və apellyasiya instansiyalarında təqdim olunan sənəd-sübutlar sahibkar Mansur İbrahimovun 100 faiz haqlı olduğunu təsdiqləsə də, işin Ali Məhkəmə mərhələsində yenidən hakim Kəmalə Abıyevanın icraatına verilməsi təsadüf ehtimallarını alt-üst edir. Ümumiyyətlə, Mansur İbrahimovun adı keçən işlər ardıcıl olaraq Ali Məhkəmədə məhz Kəmalə Abıyevanın icraatına yönəldilir və qəbul edilən qərarlar İlham Əlisəftər oğlu Əliyevin maraqları ilə üst-üstə düşür.

Məsələnin ən diqqətçəkən və maraqlar toqquşması yaradan tərəfi isə ondan ibarətdir ki, hakim Kəmalə Abıyeva Ramiz Mehdiyevin vəkili Zaur Abıyevin həyat yoldaşıdır.

Şabran rayonunun Gəndov kənd sakini olan sahibkar Mansur İbrahimov ölkənin ali rəhbərliyinə, hüquq-mühafizə və məhkəmə orqanlarına ünvanladığı şikayət məktubunda sabiq deputat İlham Əliyevin əməllərinin araşdırılmasını tələb edir.

Sahibkar yazır ki, vaxtilə malik olduğu inzibati resurslardan və dövlət gücündən istifadə edən sabiq deputat onun 2 şirkətini, 100 hektardan artıq torpaq sahəsini və məhsuldar meyvə bağlarını qanunsuz yolla ələ keçirərək külli miqdarda maddi ziyan vurub. Mansur İbrahimov baş verənlərlə bağlı indiyədək müxtəlif qurumlara etdiyi müraciətlərin nəticəsiz qaldığını, əksinə, bəzi vəzifəli şəxslər tərəfindən sabiq deputata havadarlıq edildiyini qeyd edir.

Şikayət ərizəsində diqqət çəkən əsas məqamlardan biri məhkəmə çəkişmələrinin illərlə uzadılmasıdır. Sahibkar bildirir ki, köhnə əlaqələrini işə salan Ramiz Mehdiyevin kürəkəni düz 6 ildir iddiası üzrə məhkəmə proseslərinin yekunlaşmasına əngəl törədir. Onun hesablamalarına görə, ötən 6 il ərzində bağlarından yığılan məhsulun satışından əldə olunan vəsait - ildə təxminən 10 milyon manat gəlir qanunsuz olaraq mənimsənilir.

Mansur İbrahimov əlavə edib ki, problemlər bununla bitməyib. Ramiz Mehdiyev, onun kürəkəni dövlətin sahibkarlara ayırdığı güzəştli kreditlərdən yararlanmasının qarşısını alıb, hətta "Xalq Bank"dan taxılçılığın inkişafı üçün ona ayrılan 200 min manatlıq güzəştli kreditin geri qaytarılmasına nail olublar.

Müraciətdə ən kəskin məqamlardan biri də Şabrandakı fındıq bağı ilə bağlıdır. Sahibkar yazır ki, Prezidentin fındıqçılığın inkişafı ilə bağlı çağırışına uyğun saldığı 12 hektarlıq, 6 illik fındıq bağı şəxsən Ramiz Mehdiyevin göstərişi ilə buldozerin qarşısına verilib və həmin ərazidə arpa əkilib.

Mansur İbrahimov yazır ki, 6 il əvvəl "Turaz" MMC-yə qarşı "özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi" tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə verdiyi iddia 04.07.2024-cü il tarixli, 2-2(119)-238/2024 saylı qətnamə ilə tam təmin olunub. Sumqayıt Apellyasiya Məhkəməsi də 02.09.2026-cı il tarixli, 2-2(105)-3/2025 saylı qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlayıb.

Hazırda isə cavabdeh tərəfin verdiyi kassasiya şikayəti üzrə 2-2 (1-8)-809/2026 saylı iş Ali Məhkəməsdə hakim Kəmalə Abıyevanın icraatındadır. Sahibkar qarşı tərəfin kassasiya şikayətini vaxt udmaq və məhkəmə qərarının icrasını ləngitmək məqsədi daşıdığını da xüsusi olaraq vurğulayır.

30 ilə yaxındır sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu vurğulayan Mansur İbrahimov dövlət başçısından və aidiyyəti qurumlardan işin nəzarətə götürülməsini xahiş edib. O, İlham Əlisəftər oğlu Əliyevin əməllərinə hüquqi qiymət verilməsini, əldə etdiyi sərvət və gəlirlərin mənbəyinin araşdırılmasını, qanunsuz əmlaklarının dövlət xeyrinə müsadirə olunmasını, eləcə də özünə məxsus şirkətlərin və torpaq sahələrinin geri qaytarılmasını tələb edib.

Paylaş

Xəbər lenti

Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb Bu gün, 22:48 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib Bu gün, 22:48 Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb Bu gün, 22:48 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? Bu gün, 22:48 Evdə virusların yayılma riskini azaltmağın sadə yolu - Həkim açıqladı Bu gün, 22:48 Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib Bu gün, 22:48 Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır Bu gün, 21:48 FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb Bu gün, 21:48 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Bu gün, 21:48 Bakıda mənzillər 2027-ci ildə də bahalaşacaq? - VACİB AÇIQLAMA Bu gün, 21:48 Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü Bu gün, 21:48 Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı Bu gün, 20:48 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ Bu gün, 20:48 29 binanın damı, fasadı və blokları yenilənəcək - Bu ərazilərdə... Bu gün, 20:48 Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib Bu gün, 20:48 Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu rayonlarda... Bu gün, 19:48 74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır Bu gün, 19:48 Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb Bu gün, 19:48 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR Bu gün, 19:48 Paşinyan avropalı səfirlərlə görüşdü – TRIPP və sülh prosesi müzakirə olundu Bu gün, 19:48 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar Bu gün, 18:48 Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI Bu gün, 18:48 Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında Bu gün, 18:48 İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı Bu gün, 18:48 Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır Bu gün, 18:48 Azərbaycanda Dünya Çempionatı keçirilir - 900-dən çox idmançı mübarizə aparacaq Bu gün, 18:48 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 İsa Həbibbəyli: Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur Bu gün, 17:48 Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri Bu gün, 17:48 Binə qəsəbəsində mağazalardan oğurluq edən iki nəfər saxlanılıb Bu gün, 17:48 "By Fateh Gənclik"də nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR Bu gün, 17:48 Jiva Tünzalə Ağayevanın repertuarına müraciət etdi - VİDEO Bu gün, 17:48 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü Bu gün, 17:48 Bakıda və rayonlarda sabah külək güclənəcək Bu gün, 17:48 Çingiz Kişiyev: "İlk dəfə çempionatda UWW təşkilatının xüsusi patentləşdirilmiş kəməri təqdim ediləcək" Bu gün, 16:48 Nərimanovda açıq lyukun qapağı oğurlanıbmış - Açıqlama Bu gün, 16:48 Nar Oyun Mərkəzində oyna, smartfon qazan! Bu gün, 16:48 Azərbaycanda oyuncaqların satışı ilə bağlı YENİ TƏLƏB - Bundan sonra... Bu gün, 16:48 Pərviz Şahbazova yeni vəzifə verildi Bu gün, 16:48 Polis Abşeronda reyd keçirdi, 16 sürücü saxlanıldı Bu gün, 16:48 Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib Bu gün, 16:48 Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası davam etdirilir Bu gün, 16:48 Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə Trampa təşəkkür edib Bu gün, 16:48 Ceyhun Bayramov: Bu ilin ilk 9 ayında Azərbaycan-İtaliya ticarət dövriyyəsi 9 milyard dollara çatıb Bu gün, 16:48 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət Bu gün, 16:48 "O, hər gün daha da inkişaf edir" - Okan Buruk Bu gün, 16:48 Xaçmazda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib Bu gün, 16:48 İstanbulda tramvayla avtobus toqquşub Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR