10-02-2023, 14:49 596

Zəlzələ, şayə və təşviş - psixoloq belə durumlarda necə davranmaq lazım olduğunu açıqlayıb

Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ dünyanı, eləcə də Azərbaycan xalqını sarsıtdı. Minlərlə insanın ölməsi, onminlərlə insanın yaralanması xəbərlərini eşidən, dağıntılarla bağlı görüntüləri izləyən, xəbərləri oxuyan insanlar psixoloji gərginlik keçirirlər. Amma bu durumdan ən çox ziyan çəkən, ağır psixoloji durumla üzləşənlər məhz təbii fəlakətin birbaşa təsirinə məruz qalanlardır.

Bəs belə vəziyyətlərdə necə davranmaq lazımdır? Zərərçəkənlərə necə yanaşmaq tələb olunur?

Məsələ ilə bağlı "Report"a danışan Azərbaycan Psixologiya Akademiyasının rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev bildirib ki, təbii fəlakətlərdən doğan ekstrimal vəziyyətlər həm həmin situasiyanı yaşayan, həm də kənardan seyr edən insanların psixologiyasına böyük ölçüdə mənfi təsir göstərir.

Onun sözlərinə görə, belə hadisələr psixoloji baxımdan insanlarda gərginlik yaradır və bu davranışda özünü biruzə verir: "Çünki yaranmış yeni situasiya və ona bağlı məlumatların olmaması, gələcəklər bağlı qorxuların olması istər-istəməz insanlarda təşviş, həyəcan və qorxu kimi emosional halların yaranmasına səbəb olur. Xüsusən də, insanın ən mühüm tələbatlarından olan təhlükəsizliklə bağlı qorxuları varsa, problem yaranırsa, bu, davranışda özünü mütləq biruzə verir".

 Müşviq Mustafayev
Müşviq Mustafayev

M.Mustafayev belə vəziyyətlərin tənzimlənməsində psixoloqların xüsusi rolu olduğunu vurğulayıb: "Psixoloqlar həm zəlzələnin birbaşa təsirinə məruz qalan, dağıntılar altından çıxarılmış insanlarla, həm də həmin ərazidə yaşayan digər sakinlərlə psixoloji iş aparmalıdırlar. Bu tədbirlər ona görədir ki, həmin adamlar bu gərginlikdən xilas olsunlar və normal həyata qayıda bilsinlər".

O xatırladıb ki, Azərbaycan xalqı hər zaman Türkiyənin yanında olub: "Bu həm xoş gündə, həm də dar gündə belə olub. Həkimlərlə yanaşı psixoloqların da zəlzələ bölgəsinə getmələri, zərərçəkənlərlə psixoloji iş aparmaları, yaranmış gərgin psixoloji durumun yumşaldılması, davranışların korreksiya edilməsi də mühüm əhəmiyyət daşıyır".

Psixoloq qeyd edib ki, həmin şəxslərə kömək yalnız yaxın bir-iki ayı əhatə etməməli, onlar uzun müddət nəzarət altında olmalıdırlar: "Bu insanların çoxu ağır stress keçiriblər. Stressin fəsadları uzun müddət onların psixikasına təsir göstərəcək. Bu da altı-yeddi ay sonra post-travmatik formasında davranışlara təsir göstərə bilər. Ona görə də həmin adamlarla uzunmüddətli psixoloji reabilitasiya aparmaq lazımdır. Aydındır ki, təbii fəlakətdən, zəlzələdən zərərçəkmiş insanlar həssas olurlar. Onların psixologiyası zədələnib. Buna görə, hər bir söz, hərəkət onların xətrinə dəyə, davranışlarına təsir göstərə bilər. Onlara ehtiyatla və qayğı ilə yanaşmaq lazımdır ki, zaman keçdikcə ağrı acılarını unuda bilsinlər".

M.Mustafayev sosial şəbəkələrdə yenidən zəlzələ olması üçün dua etdiyi iddia olunan qızların görüntülərini təəsüflə izlədiyini bildirib: "Həmin adamların davranışı normal deyil. Araşdırmaq lazlmdır ki, onların psixikasında problem var, ya yoxdur? Video nə məqsədlə çəkilib. Doğrudan da Türkiyədə çəkilibmi? Yoxsa başqa xalqın nümayəndəsidir? Əgər elə deyilsə, həmin insanların psixikasında böyük problem olması deməkdir".

Psixoloq zəlzələ, daşqın və digər təbii fəlakətlər, ekstrimal vəziyyətlərdə qəsdən və ya bilməyərəkdən müxtəlif məlumatlar yayıldığını nəzərə alaraq, insanlara çağırış edib: “Bunların əksəriyyəti şayə xarakterli olur. Ona görə, belə vəziyyətlərdə yalnız rəsmi qurumların məlumatlarına inanmaq və istinad etmək lazımdır”.

Paylaş

Xəbər lenti

İranda dolların məzənnəsi rekord qırdı Bu gün, 00:48 İranda silahlı qarşıdurma başlayıb Bu gün, 00:48 Bakı və İrəvan sülhə doğru irəliləyir, Avropa isə Qafqazdakı dəyişikliklərə yanaşmasını yeniləmir Dünən, 23:48 Zelenski: Belçika ilin sonunadək Ukraynaya üç F-16 verəcək Dünən, 23:48 AIIB prezidenti: "Azərbaycan dayanıqlı infrastrukturun formalaşmasına əhəmiyyətli töhfə verir" Dünən, 23:48 "Haber Global" Azərbaycan və İran prezidentləri arasındakı telefon danışığından bəhs edib Dünən, 23:48 Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ Dünən, 22:49 Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür Dünən, 22:49 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub Dünən, 22:48 Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb Dünən, 22:48 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb Dünən, 22:48 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq Dünən, 22:48 Leyla Əliyeva ailə fotosunu paylaşdı Dünən, 22:48 Bakıda yol təmiri sürücüləri çətin vəziyyətə saldı: "Niyə yayda yox, indi?" Dünən, 22:48 Zabratda kanalizasiya və su problemi yenidən baş qaldırdı: Sakinlər ÇIXILMAZ VƏZİYYƏTDƏ Dünən, 21:48 Bakıda tıxacların qarşısını alacaq YENİ ÜSUL: Yollar belə təmir oluna bilər Dünən, 21:48 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır Dünən, 21:48 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı Dünən, 21:48 Elçin Qasımov: Slovakiya Azərbaycanı Cənubi Qafqazda sabitliyin qarantı kimi görür Dünən, 20:48 "Bavariya" Noyerə əvəzləyi tapıb - İngiltərədən transfer edilə bilər Dünən, 20:48 Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib Dünən, 20:48 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı Dünən, 20:48 Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi müzakirə edilib Dünən, 20:48 Sahibə Qafarova: Yeni təşəbbüslər Bakı və Bratislava arasında əlaqələrin genişlənməsinə töhfə verəcək Dünən, 20:48 Sürücülər risk altındadırlar: Masazır dairəsi istiqamətində böyük TƏHLÜKƏ Dünən, 20:48 Bakıda dişini çəkdirən qadın xərçəng oldu Dünən, 19:48 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI Dünən, 19:48 Suraxanı sakinləri dayanacaqsız qaldılar Dünən, 19:48 Digər metro stansiyaları da ÖDƏNİŞSİZ OLACAQ? - RƏSMİ CAVAB Dünən, 19:48 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA Dünən, 19:48 Bakıda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı Dünən, 18:48 Canni İnfantino İlham Əliyevlə görüşündən paylaşım etdi Dünən, 18:48 Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib Dünən, 18:48 Abid Şərifovun SON DURUMU: "Gəzə bilmirəm..." Dünən, 18:48 Mal əti niyə bahalaşır? Dünən, 18:48 Bu rayonda incəsənət məktəbi əsaslı TƏMİR OLUNACAQ Dünən, 18:48 Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsulları istehsal edəcək Dünən, 17:49 "Sabah"ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR Dünən, 17:49 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar Dünən, 17:49 Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb Dünən, 17:49 AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək Dünən, 17:48 Azərbaycanda həkim sayı azalır: Səhiyyədə kadr problemi dərinləşir? Dünən, 17:48 "Haber Global" İlham Əliyevlə Canni İnfantinonun görüşündən reportaj hazırladı Dünən, 17:48 Oktyabrda hava necə olacaq? Dünən, 16:48 "Nar" ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı Dünən, 16:48 ABŞ İrana qarşı aviasiya sanksiyalarını genişləndirib Dünən, 16:48 Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır Dünən, 16:48 "Əli korrupsiyaya bulaşan adam müəllim işləyə bilməz" - Sabiq nazirin yeni vəzifəsinə SƏRT REAKSİYA Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR